Çərşənbə , 20 Mart 2019

Home » Ədəbiyyat » Vətən

Vətən

 

tahire x  VƏTƏN

Çəkdi sinəmin  üstə yağı minillik dağı

Üzüldü yerdən-göydən elin əli ayağı

Keçir ahu- fəqanla, günüm ağdır, qaradır

Dözə bilmir dərdlərə, bax ürəyim yaradır

 

Yurdsuzların kədəri çökübdür gözlərinə

Qaçqınlar sərələnib yurdumun hər yerinə

Şəhərlər, kəndlər viran, vətən para-paradır

Dözə bilmir dərdlərə, bax ürəyim yaradır

 

Vətənimin başını oyunlarla qatdılar

Parça-parça vətəni yağılara satdılar

Düşmən, heç bilirsənmi yurdun -yuvan haradır?

Dözə bilmir dərdlərə bax ürəyim yaradır

 

Qarabağım – vətənim, göz bəbəyim, nurumsan

Hər gün doğan günəşim, açılan sabahımsan

Torpağın ləl-cəvahir, çiçəklərin xaradır

Görmür səni gözlərim, bax ürəyim yaradır

 

Tahirə İsmayılova

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Vətən Reviewed by on .     VƏTƏN Çəkdi sinəmin  üstə yağı minillik dağı Üzüldü yerdən-göydən elin əli ayağı Keçir ahu- fəqanla, günüm ağdır, qaradır Dözə bilmir dərdlərə, bax ürə     VƏTƏN Çəkdi sinəmin  üstə yağı minillik dağı Üzüldü yerdən-göydən elin əli ayağı Keçir ahu- fəqanla, günüm ağdır, qaradır Dözə bilmir dərdlərə, bax ürə Rating:
Smiley face
scroll to top