Cümə , 19 Aprel 2019

Home » Manset » Putin Ərdoğana daha çox silah vəd edib

Putin Ərdoğana daha çox silah vəd edib

Aprel 9, 2019 9:32 am Bölmə: Manset, Siyasət A+ / A-

1552482647_249-386-3203-2048_600x0_80_0_0_c9769eee39b2abb140d32d0522a3e363Rusiya Türkiyəyə yalnız S-400 kompleksləri deyil, digər hərbi təyinatlı məhsullar sata bilər.

Bu fikirləri prezident Vladimir Putin Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında səsləndirib.

 “Ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsi hərbi texniki sahəni də əhatə etməlidir. İlk növbədə söhbət S-400 raket sistemlərinin tədarükündən gedir. Gündəlikdə Rusiyadan Türkiyəyə müasir rus silahlarının tədarük edilməsi üçün digər perspektiv layihələr də var”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya rəsmi səfərə gedib. Səfər çərçivəsində o, rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Bu, 2019-cu ildə liderlər arasında üçüncü görüşdür.

2017-ci ildə Türkiyə və Rusiya arasında S-400 silahlarının alqı-satqısına dair imzalanmış saziş Ankara ilə Vaşinqton arasında gərginliyə səbəb olub.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Putin Ərdoğana daha çox silah vəd edib Reviewed by on . Rusiya Türkiyəyə yalnız S-400 kompleksləri deyil, digər hərbi təyinatlı məhsullar sata bilər. Bu fikirləri prezident Vladimir Putin Rusiya-Türkiyə Yüksək Səviyy Rusiya Türkiyəyə yalnız S-400 kompleksləri deyil, digər hərbi təyinatlı məhsullar sata bilər. Bu fikirləri prezident Vladimir Putin Rusiya-Türkiyə Yüksək Səviyy Rating: 0
Smiley face
scroll to top