Cümə , 19 Aprel 2019

Home » İdman » Güləşçilərimiz ermənilərə qalib gəldilər – YENİLƏNİB + VİDEO

Güləşçilərimiz ermənilərə qalib gəldilər – YENİLƏNİB + VİDEO

Aprel 8, 2019 4:06 pm Bölmə: İdman, Manset, Video A+ / A-

412968674Daha bir güləşçimiz Avropa çempionatında erməni güləşçidən üstün olub.

Veten-tv.Az xəbər verir ki, 70 kq çəki dərəcəsində də Ağahüseyn Mustafayev 1/4 finalda dünya və Avropa çempionu David Safaryanla qarşılaşıb.

İdmançımız rəqibinə 12:2 hesabı ilə vaxtından erkən qalib gəlib və yarımfinala vəsiqə qazanıb.

14:38

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb.

Veten-tv.Az xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıb.

65 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya, ikiqat Avropa çempionumuz Hacı Əliyev mübarizəyə inamlı başlayıb. O, təsnifat mərhələsində Belarusu təmsil edən Hüseyn Şaxbanovu 7:2 və 1/8 finalda Ermənistan güləşçisi Vazqen Tevanyanı 1:0 hesabı ilə məğlub edib. Onun 1/4 finaldakı rəqibi Rusiya təmsilçisi Naçin Kular olacaq.

Həmçinin, 70 kq çəki dərəcəsində də Ağahüseyn Mustafayev 1/4 finalda David Safaryanla qarşılaşacaq. Buna qədər o, ikiqat dünya çempionu Məhəmmədrəsul Qazıməhəmmədova (Rusiya) 5:3 hesabı ilə qalib gəlib.

79 kq-da ikiqat Avropa çempionumuz Cəbrayıl Həsənov da 1/4 finalda güləşəcək. O, təsnifat mərhələsində gürcüstanlı Nika Kentçadzeni 6:5 hesabı ilə yenib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Güləşçilərimiz ermənilərə qalib gəldilər – YENİLƏNİB + VİDEO Reviewed by on . Daha bir güləşçimiz Avropa çempionatında erməni güləşçidən üstün olub. Veten-tv.Az xəbər verir ki, 70 kq çəki dərəcəsində də Ağahüseyn Mustafayev 1/4 finalda dü Daha bir güləşçimiz Avropa çempionatında erməni güləşçidən üstün olub. Veten-tv.Az xəbər verir ki, 70 kq çəki dərəcəsində də Ağahüseyn Mustafayev 1/4 finalda dü Rating: 0
Smiley face
scroll to top