Cümə , 19 Aprel 2019

Home » Dünya » Tbilisidə partlayış zamanı yaralananların sayı artdı – YENİLƏNİB

Tbilisidə partlayış zamanı yaralananların sayı artdı – YENİLƏNİB

Aprel 7, 2019 2:03 pm Bölmə: Dünya, Manset A+ / A-

magna001 (2)Tbilisidə yaşayış binasında baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 8-ə çatıb.

Georgia Online xəbər verir ki, bunu Gürcüstanın səhiyyə naziri David Serqeyenko bildirib.

O deyib ki, xəsarət alanların vəziyyəti orta ağır kimi qiymətləndirilir. Onlardan ikisinin tənəffüs yolları yanıb.

 Xəsarət alanların arasında 7 aylıq körpə də var.

13.40

Tbilisidə yaşayış binasında güclü partlayış baş verib.

Georgia Online portalının məlumatına görə, nəticədə üç nəfər xəsarət alıb.

Həmin şəxslər xəstəxanaya yerləşdirilib.

Ehtimal edilir ki, partlayışa qaz sızması səbəb olub.

Hadisə yerində 10 xilasetmə briqadası işləyir. Partlayış nəticəsində binanın bir hissəsi uçub.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Tbilisidə partlayış zamanı yaralananların sayı artdı – YENİLƏNİB Reviewed by on . Tbilisidə yaşayış binasında baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 8-ə çatıb. Georgia Online xəbər verir ki, bunu Gürcüstanın səhiyyə naziri Da Tbilisidə yaşayış binasında baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 8-ə çatıb. Georgia Online xəbər verir ki, bunu Gürcüstanın səhiyyə naziri Da Rating: 0
Smiley face
scroll to top