Cümə , 19 Aprel 2019

Home » Manset » Azərbaycan daha bir ölkə ilə hərbi sahədə əməkdaşlıq edəcək

Azərbaycan daha bir ölkə ilə hərbi sahədə əməkdaşlıq edəcək

Aprel 7, 2019 8:53 pm Bölmə: Manset, Siyasət A+ / A-

6ed4030811a435aa429985a2f90b5a60Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov bu ölkənin Silahlı Qüvvələri Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovaili ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, görüşdə ölkələrimizin orduları arasında əlaqələrin inkişaf perspektivləri, eləcə də hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüş zamanı həmçinin “Azərbaycan Respublikası hökuməti və Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş” imzalanıb.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Azərbaycan daha bir ölkə ilə hərbi sahədə əməkdaşlıq edəcək Reviewed by on . Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nə Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nə Rating: 0
Smiley face
scroll to top