Cümə , 19 Aprel 2019

Home » Cəmiyyət » Müdafiə naziri: Ordudakı satqınları üzə çıxardıq

Müdafiə naziri: Ordudakı satqınları üzə çıxardıq

Aprel 4, 2019 3:30 pm Bölmə: Cəmiyyət, Manset A+ / A-

zakir2Aprel döyüşlərində ordudakı satqınlar istisna olunmaqla, bütün şəxsi heyət tərəddüd etmədən döyüşə atılıb.

Veten-tv.Az-ın məlumatına görə, bu sözləri müdafiə naziri Zakir Həsənov AZTV-yə müsahibəsində deyib.

“Biz ordudakı satqınları üzə çıxardıq. Bir əsgər, zabit və generalda tərəddüd yox idi. Döyüş çətin idi, çünki döyüş düşmənlə birbaşa təmasda gedirdi. Elə yerlər vardı ki, düşmənlə aramızda 50 metr məsafə vardı”.

O bildirib ki,  Aprel döyüşlərinin dördüncü günündə Ermənistan ordusu bir istiqamətdə hücuma keçmək istəsə də, bunun nəticəsi olmadı:

“Azərbaycan Aprel döyüşlərdində bir tank itirib, o da minaya düşmüşdü. İndi onu bərpa etmişik. Ermənistan ordusu isə 33 tank, 15 top itib. Azərbaycan isə cəmi bir top itirmişdi. Ermənistan ordusunun 300-dən çox şəxsi heyəti məhv edilib. Minə yaxın düşmən əsgəri yaralanıb. Yəni onlar üçün nəticə faciəvi oldu”.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Müdafiə naziri: Ordudakı satqınları üzə çıxardıq Reviewed by on . Aprel döyüşlərində ordudakı satqınlar istisna olunmaqla, bütün şəxsi heyət tərəddüd etmədən döyüşə atılıb. Veten-tv.Az-ın məlumatına görə, bu sözləri müdafiə na Aprel döyüşlərində ordudakı satqınlar istisna olunmaqla, bütün şəxsi heyət tərəddüd etmədən döyüşə atılıb. Veten-tv.Az-ın məlumatına görə, bu sözləri müdafiə na Rating: 0
Smiley face
scroll to top