Cümə , 19 Aprel 2019

Home » Cəmiyyət » Bakıda yeni metro stansiyası tikiləcək – Yer ayrıldı

Bakıda yeni metro stansiyası tikiləcək – Yer ayrıldı

Aprel 1, 2019 2:05 pm Bölmə: Cəmiyyət, Manset A+ / A-

metro1_686İlk olaraq “B3” stansiyasının istifadəyə verilməsi nəzərdə tutulsa da, “Ağ şəhər” ərazisində yeni metrostansiyasının inşası üçün yer ayrılıb.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Qeyd edib ki, stansiyanın inşasına nə zaman başlanılacağı ilə bağlı dəqiq tarix yoxdur:

“Sözügedən və şərti olaraq “Y-14” adlanan yeni stansiyanın “Xətai” stansiyasından sonra inşası planlaşdırılır. Bu stansiya üçün nəzərdə tutulan ərazi 2011-ci ilin konseptial inkişaf sxemi əsasında seçilib və hasarlanıb.

Bu xəttin davamı “Y-15”, neftayırma zavoduna yaxın ərazini əhatə edəcək. Digər hissəsi olan “Y-16” isə “Həzi Aslanov 2” stansiyasına birləşəcək. “Həzi Aslanov” stansiyasında da “Memar Əcəmi” stansiyasında olduğu kimi keçid olacaq.

Növbəti stansiyanın inşası Günəşli istiqamətində nəzərdə tutulur və xətt əsas “Y-14” və “YE-15” stansiyalarından başlayıb “Xətai” stansiyası ilə birləşdiriləcək. Bu sxem vasitəsilə gələcəkdə xətlər ayrılan zaman onların müstəqil şəkildə fəaliyyət göstərməsi üçün şərait yaranmış olacaq”.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Bakıda yeni metro stansiyası tikiləcək – Yer ayrıldı Reviewed by on . İlk olaraq “B3” stansiyasının istifadəyə verilməsi nəzərdə tutulsa da, “Ağ şəhər” ərazisində yeni metrostansiyasının inşası üçün yer ayrılıb. Bu barədə Oxu.Az-a İlk olaraq “B3” stansiyasının istifadəyə verilməsi nəzərdə tutulsa da, “Ağ şəhər” ərazisində yeni metrostansiyasının inşası üçün yer ayrılıb. Bu barədə Oxu.Az-a Rating: 0
Smiley face
scroll to top