Cümə , 19 Aprel 2019

Home » Manset » Müddətsiz müqavilə üçün müsabiqənin vacib mərhələsi bu tarixdə keçiriləcək – Müəllimlərin diqqətinə

Müddətsiz müqavilə üçün müsabiqənin vacib mərhələsi bu tarixdə keçiriləcək – Müəllimlərin diqqətinə

Mart 29, 2019 9:30 pm Bölmə: Manset, Təhsil A+ / A-

azedu.az_muellim_757Respublikanın ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə təşkil edilən müsabiqədə müsahibə mərhələsinin şərti tarixi açıqlanıb.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin “Təməl” verilişində Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin müdiri Eşqi Bağırov məlumat verilib.

Bildirilib ki, sözügedən müsabiqənin müsahibə mərhələsinin 15-22 aprel tarixlərində təşkil olunması nəzərdə tutulur:

“Lakin nəzərinizə çatdırım ki, qeyd edilən tarix şərti xarakter daşıyır. İstənilən halda, müsabiqə barədə dəqiq və ətraflı məlumat namizədlərin şəxsi səhifəsinə göndəriləcək. Müsahibələrin təşkili tarixi qeydiyyatdan keçəcək namizədlərin sayından asılıdır. Ümumilikdə isə müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə təşkil edilən müsabiqənin aprel ayı ərzində başa çatması planlaşdırılıb.

Müsabiqədə 2017-2018-ci və 2018-2019-cu tədris illəri üçün  keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə  işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər”.

Xatırladaq ki, ötən il olduğu kimi bu ildə müsabiqənin müsahibə mərhələsi Bakı şəhərində, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitununun nəzdində fəaliyyət göstərən İnsan Resurlası Mərkəzində təşkil olunacaq.

İnsan Resursları Mərkəzi tərəfindən keçirilən müsabiqədə iştirak etmək istəyən namizədlər cari ilin 1-5 aprel tarixlərində http://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Müddətsiz müqavilə üçün müsabiqənin vacib mərhələsi bu tarixdə keçiriləcək – Müəllimlərin diqqətinə Reviewed by on . Respublikanın ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə təşkil edilən müsabiqədə Respublikanın ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə təşkil edilən müsabiqədə Rating: 0
Smiley face
scroll to top