Cümə , 19 Aprel 2019

Home » Manset » İlham Əliyevlə Nikol Paşinyanın görüşü başa çatıb – YENİLƏNİB + VİDEO/FOTO

İlham Əliyevlə Nikol Paşinyanın görüşü başa çatıb – YENİLƏNİB + VİDEO/FOTO

Mart 29, 2019 9:25 pm Bölmə: Manset, Siyasət, Video A+ / A-

02Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın təkbətək görüşü keçirilib.

Sonra görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam edib.

17:00

Prezident İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla təkbətək görüşü olub.

Bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.

Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam etdirilir.

14:23

Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

Bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı və beynəlxalq hüququn prinsiplərinə uyğun Dağlıq Qarabağ münaqişəsinin mövcud format əsasında həllini dəstəkləyir.

View image on TwitterView image on Twitter

Hikmet Hajiyev@HikmetHajiyev

Prezident İlham Əliyev @presidentaz Ermənistan-Azərbaycan mün. həllini müzakirə etmək üçün Ermənistan baş naziri @NikolPashinyan ilə Vyanada görüşür. Azərbaycan BMT TŞ qətnamələri,Helsinki Yekun Aktı və bey.hüq prinsiplərinə uyğun mün. mövcud format əsasında həllini dəstəkləyir

31 people are talking about this

09:09

Bu gün Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Vyanada görüş keçiriləcək.

Oxu.Az-ın məlumatına görə, tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparacaqlar.

Qeyd edək ki, görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında keçiriləcək.

Xatırladaq ki, dünən Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zohrab  Mnatsakanyan arasında görüş keçirilib.

Görüş zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin irəli aparılmasının müxtəlif elementlərini, həmçinin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında 29 mart tarixində keçiriləcək görüşdə toxunula biləcək məsələləri müzakirə ediblər.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


İlham Əliyevlə Nikol Paşinyanın görüşü başa çatıb – YENİLƏNİB + VİDEO/FOTO Reviewed by on . Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş nazir Rating: 0
Smiley face
scroll to top