Cümə , 19 Aprel 2019

Home » Cəmiyyət » Qarabağda döyüşlər: Azərbaycan şəhid verdi

Qarabağda döyüşlər: Azərbaycan şəhid verdi

Mart 26, 2019 8:59 pm Bölmə: Cəmiyyət, Manset A+ / A-

ttMartın 26-da gün ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Axşam saatlarında düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Eyni zamanda Ermənistan mətbuatı Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan tərəfinin guya mühəndis işləri həyata keçirməklə mövqeləri irəli çəkmək cəhdi barədə xəbər yayıb.

Rəsmi olaraq bildiririk ki, verilən bu məlumat həqiqətə uyğun deyil, Ermənistan tərəfinin növbəti təxribatıdır və cəbhədə vəziyyəti gərginləşdirmək məqsədi daşıyır.

Azərbaycan Ordusu bölmələrinin qəti və adekvat tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurularaq onun növbəti təxribatlarının qarşısı alınıb.

Hazırda cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Qarabağda döyüşlər: Azərbaycan şəhid verdi Reviewed by on . Martın 26-da gün ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb. Bu barədə Müdafiə Nazirliyi məlumat  Martın 26-da gün ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb. Bu barədə Müdafiə Nazirliyi məlumat  Rating: 0
Smiley face
scroll to top