Cümə , 19 Aprel 2019

Home » İdman » Futbol millilərimiz ərəblərə uduzdu – FOTO

Futbol millilərimiz ərəblərə uduzdu – FOTO

Mart 24, 2019 10:01 pm Bölmə: İdman, Manset A+ / A-

IMG_2755Şimali Makedoniyada təşkil olunan UEFA İnkişaf turnirində iştirak edən 2003-2004-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması (U-17) növbəti oyununu keçirib.

Veten-tv.Az xəbər verir ki, komandamız Səudiyyə Ərəbistanının müvafiq yaş qrupundan ibarət yığmasına 1:2 hesabı ilə məğlub olub.

Yığmamız artıq ikinci dəqiqədə qapısında qol görüb. İlk hissənin başa çatmasına üç dəqiqə qalmış isə ikinci qolu buraxmışıq. Millimiz yeganə qolu isə 54-cü dəqiqədə vurub.

Bakıda təlim-məşq toplanışında olan 2001-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması (U-19) da ərəblərə uduzub. “Dalğa Arena”da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) müvafiq yaş qrupundan ibarət yığması ilə keçirilən yoxlama oyunu 1:0 hesabı ilə qonaq komandanın xeyrinə başa çatıb.

Xatırladaq ki, martın 22-də U-17 millimiz Gürcüstana 0:2 uduzmuş, U-19 yığmamız isə BƏƏ ilə 1:1 oynamışdı.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Futbol millilərimiz ərəblərə uduzdu – FOTO Reviewed by on . Şimali Makedoniyada təşkil olunan UEFA İnkişaf turnirində iştirak edən 2003-2004-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması (U-17) növbəti oyunun Şimali Makedoniyada təşkil olunan UEFA İnkişaf turnirində iştirak edən 2003-2004-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması (U-17) növbəti oyunun Rating: 0
Smiley face
scroll to top