Cümə , 19 Aprel 2019

Home » Siyasət » Goranboyda dəhşətli qəza: insanlar maşında yanaraq öldü – YENİLƏNİB + FOTO

Goranboyda dəhşətli qəza: insanlar maşında yanaraq öldü – YENİLƏNİB + FOTO

Mart 22, 2019 11:58 am Bölmə: Siyasət A+ / A-

dzhipgorit_1Goranboyda ağır yol-nəqliyyat hadisəsində  nəticəsində avtomobildə yanaraq ölən şəxslərdən birinin kimliyi məlum olub.

Oxu.Az xəbər verir ki, bu, 1988-ci il təvəllüdlü Zəminə Mustafayevadır.

09.22

Goranboyda ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər maşında yanaraq ölüb.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Nemət Süleyman oğlu Məmmədovun idarə etdiyi 09-BL-987 dövlət nömrəli “Mercedes” markalı yük avtomobili ilə 20-CH-879 dövlət nömrəli “Ford” markalı minik avtomobilinin toqquşması nəticəsində “Ford”da yanğın baş verib.

Yanğının kəşfiyyatı zamanı minik avtomobilində şəxsiyyəti bilinməyən iki nəfərin yanmış meyiti aşkarlanıb. Cəsədlər yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Goranboyda dəhşətli qəza: insanlar maşında yanaraq öldü – YENİLƏNİB + FOTO Reviewed by on . Goranboyda ağır yol-nəqliyyat hadisəsində  nəticəsində avtomobildə yanaraq ölən şəxslərdən birinin kimliyi məlum olub. Oxu.Az xəbər verir ki, bu, 1988-ci il təv Goranboyda ağır yol-nəqliyyat hadisəsində  nəticəsində avtomobildə yanaraq ölən şəxslərdən birinin kimliyi məlum olub. Oxu.Az xəbər verir ki, bu, 1988-ci il təv Rating: 0
Smiley face
scroll to top