Cümə , 19 Aprel 2019

Home » Dünya » Nazarbayev istefa verdi

Nazarbayev istefa verdi

Mart 19, 2019 6:50 pm Bölmə: Dünya, Manset A+ / A-

e8edf0cdfeeb622702353fd57a246093Qazaxıstan prezidenti Nursultan Nazarbayev xalqa müraciətində istefa etdiyi bəyan edib.

Onun sözlərini RİA Novosti sitat gətirib.

“Mən prezident postunda səlahiyyətlərimi dayandırmaq barədə qərar qəbul etmişəm”, – dövlət başçısı deyib.

O, əlavə edib ki, Respublikanın Təhlükəsizlik Şurasının sədri vəzifəsində qalacaq və “Nur Otan” partiyasına rəhbərlik etməyi davam etdirəcək.

Qazaxıstan Konstitusiyasına əsasən, vaxtında əvvəl vəzifəsindən azad edilməsi və istefa verməsi, və ya ölməsi zamanı, seçkilərə qədər dövlət başçısının səlahiyyətləri parlamentin yuxarı palatasının (Senat – red.)sədrinə keçir.

Hazırda ölkə prezidenti vəzifəsini yeni seçkilərə qədər Qazaxıstan parlamentinin yuxarı palatasının sədri Kasım-Jomart Tokayev icra edəcək.

Qeyd edək ki, Qazaxıstanda sonuncu prezident seçkiləri 2015-ci ildə keçirilib. Nazarbayev 97,75 faiz səslə qələbə qazanıb. Növbəti seçkilər 2020-ci ildə nəzərdə tutulub.

İyul ayında Nazarbayevin 79 yaşı olacaq. O, 1990-cı ildən Qazaxıstanın prezidenti vəzifəsində olub.

Qazaxıstan qanunvericiliyə ilə Nazarbayevə millətin rəsmi lideri titulu verilib. Bu status Nazarbayevə prezident olub-olmamasından asılı olmayaraq ömürlük hakimiyyət səlahiyyətləri verir, həmçinin onu və ailə üzvlərini cinayət təqibindən azad edir.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Nazarbayev istefa verdi Reviewed by on . Qazaxıstan prezidenti Nursultan Nazarbayev xalqa müraciətində istefa etdiyi bəyan edib. Onun sözlərini RİA Novosti sitat gətirib. “Mən prezident postunda səlahi Qazaxıstan prezidenti Nursultan Nazarbayev xalqa müraciətində istefa etdiyi bəyan edib. Onun sözlərini RİA Novosti sitat gətirib. “Mən prezident postunda səlahi Rating: 0
Smiley face
scroll to top