Çərşənbə , 20 Mart 2019

Home » Manset » Prezidentin əfv sərəncamı 431 nəfərə şamil olunacaq

Prezidentin əfv sərəncamı 431 nəfərə şamil olunacaq

Mart 16, 2019 5:51 pm Bölmə: Manset, Siyasət A+ / A-

prezidentPrezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla 399 nəfər azad edilir.

Veten-tv.Az-ın məlumatına görə, bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.

Həmçinin, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Eləcə də, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Prezidentin əfv sərəncamı 431 nəfərə şamil olunacaq Reviewed by on . Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla 399 nəfər azad edilir. Veten-tv.Az-ın məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamla 399 nəfər azad edilir. Veten-tv.Az-ın məlumatına görə, Rating: 0
Smiley face
scroll to top