Çərşənbə , 20 Mart 2019

Home » Manset » Ali məktəblərə qəbul zamanı xarici dil tələbi qoyulan ixtisaslar – SİYAHI

Ali məktəblərə qəbul zamanı xarici dil tələbi qoyulan ixtisaslar – SİYAHI

Mart 15, 2019 4:22 pm Bölmə: Manset, Təhsil A+ / A-

azedu.az_xarici_411Ali məktəblərə qəbul zamanı bəzi ixtisaslar üzrə abituriyentlərə xarici dil tələbi qoyulub.

AzEdu.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xarici dil tələbi qoyulan universitetləri və ixtisasları diqqətə çatdırır:

Dövlət Gömrük Komitəsinin Akademiyasında təhsil almaq istəyən abituriyentlər ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini seçməlidirlər.

Milli Aviasiya Akademiyasının I qrup ixtisaslarında təhsil almaq istəyən abituriyentlər ərizə­lərində imtahan verəcəyi xarici dil kimi ingilis dilini seçməlidirlər.

“ADA” Universitetinin ixtisaslarının mü­sabiqəsinə beynəlxalq SAT imtahanı üzrə ən azı 1200 bal toplayan (esse tələb olunmur) və IELTS Academic imtahanı üzrə minimum 6.0 və ya IBT üzrə minimum 75 balı olan abituriyentlər də buraxılacaqlar.

“Biznesin idarə edilməsi”, “İqtisadiyyat”, “Kompüter elmləri”, “Kompüter mühəndisliyi” və “İnformasiya texnologiyaları” ixtisaslarına müraciət edən abituriyentlərin SAT imtahanından “Riyaziyyat” bölməsi üzrə ən azı 600 bal toplamaları tələb olunur. Qeyd olunan şərtləri ödəyən abituriyentlər 1-ci bənddə gös­təri­lən müd­dət­də və qaydada “Abituriyentin elektron ərizəsi” formasını təsdiq etməklə yanaşı, 2019-cu il iyunun 15-dək SAT və IELTS Academic (və yaxud IBT) imtahanlarının nəticə­lərini DİM-ə (elektron və kağız formada) və “ADA” Universitetinə (elektron formada) təqdim etməlidirlər.

Azərbaycan Dillər Universitetində təhsil almaq istəyən abituriyentlərin imtahan verəcəyi xarici dil seçiminə müəyyən məhdudiyyətlər qoyulur.

Filologiya (Azərbaycan dili və ədəbiyyatı) və Beynəlxalq münasibətlər ixtisasları üzrə təhsil almaq üçün abituriyentlərə xarici dil seçimində heç bir məhdudiyyət qoyulmur.

Alman dili müəllimliyi, Alman dili və ədəbiyyatı müəllimliyi, Regionşünaslıq (Almaniya üzrə), Filologiya (alman dili və ədəbiyyatı), Tərcümə (alman dili) ixtisaslarına qəbul olunmaq istəyənlər qəbul imtahanında alman və ya ingilis dilindən imtahan verməlidirlər.

Fransız dili müəllimliyi, Fransız dili və ədəbiyyatı müəllimliyi, Regionşünaslıq (Fransa üzrə), Filologiya (fransız dili və ədəbiyyatı), Tərcümə (fransız dili) ixtisaslarına qəbul olunmaq istəyənlər də qəbul imtahanlarında fransız və ya ingilis dilindən imtahan verməlidirlər.

Regionşünaslıq (ərəb ölkələri üzrə) ixtisasına qəbul olunmaq üçün ərəb və ya ingilis dilindən imtahan vermək tələb olunur.

Dillər Universitetinin digər ixtisasları üzrə təhsil almaq istəyənlər ingilis dilindən imtahanda iştirak etməlidirlər.

Lənkəran Dövlət Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” və “Tərcümə (ingilis dili üzrə) ixtisaslarını qəbul imtahanında xarici dil kimi ingilis dilindən imtahan verən abituriyentlər seçə bilərlər.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Ali məktəblərə qəbul zamanı xarici dil tələbi qoyulan ixtisaslar – SİYAHI Reviewed by on . Ali məktəblərə qəbul zamanı bəzi ixtisaslar üzrə abituriyentlərə xarici dil tələbi qoyulub. AzEdu.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xarici dil tələ Ali məktəblərə qəbul zamanı bəzi ixtisaslar üzrə abituriyentlərə xarici dil tələbi qoyulub. AzEdu.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xarici dil tələ Rating: 0
Smiley face
scroll to top