Çərşənbə , 20 Mart 2019

Home » Manset » İlham Əliyev BDU-ya rektor təyin etdi – SƏRƏNCAM

İlham Əliyev BDU-ya rektor təyin etdi – SƏRƏNCAM

Mart 11, 2019 4:29 pm Bölmə: Manset, Siyasət A+ / A-

azedu.az_BDU_927Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edlib.

Bu barədə müvafiq sərəncamı prezident İlham Əliyev imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə, Elçin Babayev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsindən azad edilib.

Qeyd edək ki, E.Babayev fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosentdir. Təyinatadək AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər direktor müavini, “ŞAR Kosmik plazma və Heliogeofiziki problemlər”  şöbəsinin rəhbəri vəzifələrində çalışıb.

Helioseysmologiya və Günəş atmosferində rəqslər və dalğaların tədqiqi üzrə silsilə nəzəri işlər yerinə yetirib.

Ağırlıq qüvvəsi və maqnit sahəsi nəzərə alınmaqla güclü dərəcədə qeyri-bircins olan plazmada qeyri-adiabatik maqnit-akustik-qravitasiya (MAQ) dalğalarının yayılması və transformasiyası nəzəriyyəsini işləyib-hazırlayıb.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


İlham Əliyev BDU-ya rektor təyin etdi – SƏRƏNCAM Reviewed by on . Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edlib. Bu barədə müvafiq sərəncamı prezident İlham Əliyev imzalayıb. Dövlət başçısının dig Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edlib. Bu barədə müvafiq sərəncamı prezident İlham Əliyev imzalayıb. Dövlət başçısının dig Rating: 0
Smiley face
scroll to top