Çərşənbə , 20 Mart 2019

Home » Manset » Məmmədyarov İranda Qarabağla bağlı vacib bəyanat verdi

Məmmədyarov İranda Qarabağla bağlı vacib bəyanat verdi

Mart 10, 2019 2:17 pm Bölmə: Manset, Siyasət A+ / A-

elmar1İrana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovİran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasındakı əlaqələrin, o cümlədən siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli münasibətlərin inkişafından danışıblar.

Nazir Elmar Məmmədyarov hazırda həyata keçirilən ikitərəfli iqtisadi layihələr barədə qarşı tərəfə məlumat verib, iki ölkə arasındakı Dövlətlərarası Müştərək Komissiyasının fəaliyyətini qiymətləndirib. O, Parlamentlərarası Dostluq Qrupunun ölkələrimiz arasında əlaqələrə töhfə verdiyini qeyd edib.

İslam Şurası Məclisinin sədri Əli Laricani isə İran Parlamentinin Azərbaycan ilə əlaqələrin inkişafına tam dəstək verdiyini bildirib, iki ölkə arasında hazırda icra mərhələsində olan layihələrin icrasının sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov qarşı tərəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti barədə məlumat verib. O, Azərbaycanın bölgədə sülhün və sabitliyin tərəfdarı olduğunu bildirib.

Əli Laricani Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinə tərəfdar olduqlarını qeyd edib, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlərin İranın rəsmi mövqeyi olduğu bildirib. İran İslam Şurası Məclisinin sədri ölkəsinin münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu vurğulayıb.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Məmmədyarov İranda Qarabağla bağlı vacib bəyanat verdi Reviewed by on . İrana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovİran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb. XİN-in m İrana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovİran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Əli Laricani ilə görüşüb. XİN-in m Rating: 0
Smiley face
scroll to top