Çərşənbə , 20 Mart 2019

Home » Manset » İlham Əliyev Ruhanini Bakıya dəvət etdi

İlham Əliyev Ruhanini Bakıya dəvət etdi

Mart 9, 2019 8:49 pm Bölmə: Manset, Siyasət A+ / A-

pAzərbaycan prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhanini Bakıda təşkil olunacaq Qoşulmama Hərəkatı İclasına dəvət edib.

Dəvət məktubunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Tehranda İran prezidenti Həsən Ruhani ilə görüşündə təqdim edib.

Bununla bağlı “Mehr” agentliyi məlumat yayıb.

Görüş zamanı ikitərəfli əlaqələr müzakirə edilib.

H.Ruhani İran-Azərbaycan münasibətlərinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

O, iki ölkə arasında vacib lahiyələrin həyata keçirildiyini xatırladıb və bildirib ki, bu layihələr bögə üçün mühüm addımdır.

İran prezidenti əlavə edib ki, İran və Azərbaycan hər zaman regional və beynəlxalq məsələlərdə hüquqlarını müdafiə edərək, sülh və sabitliyin bərpa edilməsi istiqamətində birgə fəaliyyət göstərib.

E.Məmmədyarov öz növbəsində İran və Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişaf etməkdə olduğunu qeyd edib:

“Tehran və Bakı arasındakı siyasi, iqtisadi, mədəni və sosial əlaqələrin inkişafında heç bir maneə yoxdur”, – o bildirib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


İlham Əliyev Ruhanini Bakıya dəvət etdi Reviewed by on . Azərbaycan prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhanini Bakıda təşkil olunacaq Qoşulmama Hərəkatı İclasına dəvət edib. Dəvət məktubunu Azərbaycan xaric Azərbaycan prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhanini Bakıda təşkil olunacaq Qoşulmama Hərəkatı İclasına dəvət edib. Dəvət məktubunu Azərbaycan xaric Rating: 0
Smiley face
scroll to top