Çərşənbə , 20 Mart 2019

Home » Hadisə » Bakıda yataqxanadakı yanğında ər və arvad ölüb – YENİLƏNİB + FOTO/VİDEO

Bakıda yataqxanadakı yanğında ər və arvad ölüb – YENİLƏNİB + FOTO/VİDEO

Mart 6, 2019 10:28 am Bölmə: Hadisə, Manset, Video A+ / A-

gece_klubuBakının Nərimanov rayonu ərazisində yerləşən yataqxanada baş verən yanğınla bağlı rəsmi məlumat yayılıb.

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, yanğın baş verən yataqxana Azərbaycan İncəsənət Universitetinin balansında olub.

Bildirilib ki, hazırda həmin yataqxanada Ağdam rayon məcburi köçkünlər məskunlaşıb.

“Yataqxana binasının 3-cü mərtəbəsində 1942-ci il təvəllüdlü Səriyə Hacıyevaya məxsus, ümumi sahəsi 20 m² olan bir otaqlı mənzilin yanar konstruksiyaları və ümumi dəhlizə yığılmış ev əşyaları 5 m² sahədə, bir ədəd plastik pəncərə çərçivəsi və 50 p.m elektrik kabelləri yanıb.

Yanğın zamanı altı nəfər tüstüdən zəhərlənmiş halda, 1953-cü il təvəllüdlü Əliyeva Eliza İdris qızı və 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlunun meyitləri tüstülənmiş mənzillərdən yanğınsöndürənlər tərəfindən çıxarılaraq Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili tibbi yardım briqadalarına təhvil verilib, daha 42 nəfər bina sakini təxliyyə olunub.

Yanğın söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır”, – məlumatda qeyd edilib.

02:27

Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib.

Report-un verdiyi məlumata görə, hadisə zamanı 8 nəfər tüstüdən boğulub ya açıq alovdan yanıq xəsarəti alıb. Yataqxana sakinlərindən ikisi, Surxay Əliyev və Elza Əliyeva ölüb. Onların ər-arvad olduğu bildirilir.

Tüstüdən boğulmuş 1 nəfər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, digər 5 nəfər isə Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

Qeyd edək ki, yanğın 15-20 kvadrat metr sahədə baş verib. İlkin ehtimala görə, hadisəyə binanın elektik xətlərindəki qısaqapanma səbəb olub.

01:01

Bakının Nərimanov rayonunda yerləşən yataqxana binasında yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Malik Məmmədov 12 ünvanında yerləşən beşmərtəbəli binanın 4-cü mərtəbəsində saat 23:30 radələrində yanğın başlayıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım maşınları cəlb edilib.

Yanğın söndürülüb.

Yanğın nəticəsində xəsarət alan 1 nəfər xəstəxanaya yerləşdirilib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Bakıda yataqxanadakı yanğında ər və arvad ölüb – YENİLƏNİB + FOTO/VİDEO Reviewed by on . Bakının Nərimanov rayonu ərazisində yerləşən yataqxanada baş verən yanğınla bağlı rəsmi məlumat yayılıb. Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, ya Bakının Nərimanov rayonu ərazisində yerləşən yataqxanada baş verən yanğınla bağlı rəsmi məlumat yayılıb. Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, ya Rating: 0
Smiley face
scroll to top