Çərşənbə , 20 Mart 2019

Home » Kriminal » Bərdədə amansız qətl: kişi arvadını və qayınanasını baltaladı – FOTO

Bərdədə amansız qətl: kişi arvadını və qayınanasını baltaladı – FOTO

Mart 2, 2019 9:21 am Bölmə: Kriminal, Manset A+ / A-

bBərdə rayonunun Kətəlparaq kəndində yerli sakin qayınatasıgilə gedərək balta ilə 27 yaşlı həyat yoldaşı Nəvat Qurbanovanı qətlə yetirib.

Bu barədə Report məlumat yayıb.

O, daha sonra qayınanası Rahilə Qarayevaya da balta ilə ağır xəsarət yetirib.

Bununla da kifayətlənməyən şəxs evə od vuraraq, altı yaşlı övladını da götürüb və oradan uzaqlaşıb.

R.Qarayeva Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Reanimasiya şöbəsində olan qadının vəziyyəti ağırdır.

Qətl törədən şəxs Kətəlparaq kənd sakini Qurbanov Elçin Nazim oğlu polisə təslim olub.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Bərdədə amansız qətl: kişi arvadını və qayınanasını baltaladı – FOTO Reviewed by on . Bərdə rayonunun Kətəlparaq kəndində yerli sakin qayınatasıgilə gedərək balta ilə 27 yaşlı həyat yoldaşı Nəvat Qurbanovanı qətlə yetirib. Bu barədə Report məluma Bərdə rayonunun Kətəlparaq kəndində yerli sakin qayınatasıgilə gedərək balta ilə 27 yaşlı həyat yoldaşı Nəvat Qurbanovanı qətlə yetirib. Bu barədə Report məluma Rating: 0
Smiley face
scroll to top