Çərşənbə , 20 Mart 2019

Home » İqtisadiyyat » Minimum əməkhaqqı və əmək pensiyası artdı – Bu gündən

Minimum əməkhaqqı və əmək pensiyası artdı – Bu gündən

Mart 1, 2019 1:28 pm Bölmə: İqtisadiyyat, Manset A+ / A-

W1siZiIsIjIwMTkvMDMvMDEvMTIvMTEvNTIvOTYyYTFjYzktYTk2ZS00YzIwLWFmOGYtYjJmYWNlYzRhZTdjLzEgKDIpLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI2MjB4NDY1XHUwMDNlIl1dBu gündən Azərbaycanda minimum əməkhaqqı 38,4 faiz artırılaraq, 180 manata və dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında qəbul olunan qanunla əmək pensiyasının minimum məbləği 38,5 faiz artırılaraq, 160 manata çatdırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata əsasən, minimum əməkhaqqının artımı birbaşa olaraq 600 min insanı əhatə edir ki, onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım edilir.

Artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu ilin 10 ayı ərzində 335 milyon manat əlavə vəsait ayrılacaq.

Minimum pensiya məbləğinin artırılması isə 233 min pensiyaçını (o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan vətəndaşı) əhatə edəcək. Onlardan doqquz min nəfərin pensiyasında 93 faiz, 26 min nəfərin pensiyasında 30 faiz, 74 min nəfərin pensiyasında 16 faiz və s. artımlar edilir.

Artımın edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan cari ilin 10 ayı (mart-dekabr) üzrə 41 milyon manat, illik isə 49 milyon manat əlavə vəsait yönəldiləcək.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Minimum əməkhaqqı və əmək pensiyası artdı – Bu gündən Reviewed by on . Bu gündən Azərbaycanda minimum əməkhaqqı 38,4 faiz artırılaraq, 180 manata və dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında qəbul olunan qanunla əmək pens Bu gündən Azərbaycanda minimum əməkhaqqı 38,4 faiz artırılaraq, 180 manata və dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında qəbul olunan qanunla əmək pens Rating: 0
Smiley face
scroll to top