Çərşənbə , 20 Mart 2019

Home » Kriminal » DİN Bakıda əməliyyat keçirib, “Lotu Quli”nin yaxın silahdaşı olan idmançı məhv edilib

DİN Bakıda əməliyyat keçirib, “Lotu Quli”nin yaxın silahdaşı olan idmançı məhv edilib

Fevral 28, 2019 8:27 pm Bölmə: Kriminal, Manset A+ / A-

aa1551368170Daxili İşlər Nazirliyinin (DİN) xüsusi təyinatlı dəstələri Bakıda kriminal qruplaşma üzvlərinə qarşı əməliyyat keçirib.

 

ONA-nın məlumatına görə, əvvəllər Cinayət Məcəlləsinin 180.21-ci, 180.3.2-ci, 181.3.2-ci, 120.1-ci, 228.1-ci və 234.1-ci maddələri ilə dəfələrlə məhkum olunmuş, 1984-cü il təvəllüdlü Müseyib Cəfərovun gizləndiyi yer müəyyən edilib. Onun saxlanılması istiqamətində həyata keçirilən xüsusi əməliyyat zamanı M. Cəfərov polisin “təslim ol” xəbərdarlığına məhəl qoymadan silahlı müqavimət göstərib. Nəticədə polis silah tətbiq etmək məcburiyyətində qalıb və M.Cəfərov məhv edilib.

 

Cüdo üzrə Azərbaycan çempionu olan M.Cəfərov “Lotu Quli” ləqəbi ilə tanınan kriminal avtoritet Nadir Səlifovun yaxın adamlarından biri olub.

DİN-in mətbuat xidmətindən ONA-ya müxtəlif cinayətlərdə adı keçən M.Cəfərovun xüsusi əməliyyat zamanı məhv edildiyini təsdiqləyiblər.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


DİN Bakıda əməliyyat keçirib, “Lotu Quli”nin yaxın silahdaşı olan idmançı məhv edilib Reviewed by on . Daxili İşlər Nazirliyinin (DİN) xüsusi təyinatlı dəstələri Bakıda kriminal qruplaşma üzvlərinə qarşı əməliyyat keçirib.   ONA-nın məlumatına görə, əvvəllər Daxili İşlər Nazirliyinin (DİN) xüsusi təyinatlı dəstələri Bakıda kriminal qruplaşma üzvlərinə qarşı əməliyyat keçirib.   ONA-nın məlumatına görə, əvvəllər Rating: 0
Smiley face
scroll to top