Çərşənbə , 20 Mart 2019

Home » Manset » İlham Əliyev məcburi köçkünlərin aylıq müavinətlərini artırdı

İlham Əliyev məcburi köçkünlərin aylıq müavinətlərini artırdı

Fevral 26, 2019 4:18 pm Bölmə: Manset, Siyasət A+ / A-

W1siZiIsIjIwMTkvMDIvMjYvMTUvMzgvMzIvMmUyMThiMTEtMzU3Ny00OGM3LWE5MDktZmJkMTJkYzNiMjlkLzEgKDIpLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI2MjB4NDY1XHUwMDNlIl1dPrezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb.

Müvafiq sənədi AZƏRTAC dərc edib.

Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Qeyd edək ki, 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib. 2018-ci ilin mart ayının 1-dən isə bu müavinətlər 10 faiz artırılıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


İlham Əliyev məcburi köçkünlərin aylıq müavinətlərini artırdı Reviewed by on . Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb. Müvafiq sənədi A Prezident İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb. Müvafiq sənədi A Rating: 0
Smiley face
scroll to top