Cümə , 19 Aprel 2019

Home » Manset » Xocalıya həsr olunan kompozisiyalar – VİDEO

Xocalıya həsr olunan kompozisiyalar – VİDEO

Fevral 26, 2019 2:15 pm Bölmə: Manset, Mədəniyyət, Video A+ / A-

W1siZiIsIjIwMTkvMDIvMjYvMDkvNTIvMzMvY2QyOTQwMmEtZmNiOC00ZWZjLTkxNDgtMjc1OGUxOGYyMjUzL015Q29sbGFnZXMgKDYpLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI2MjB4NDY1XHUwMDNlIl1dXocalı faciəsi ilə bağlı qalaq-qalaq kitablarla yanaşı, bu dəhşətlərə həsr olunmuş musiqilər də var. Bir çox sənətçilərimiz Xocalı soyqırımına həsr olunmuş mahnıları repertuarına salıb, 26 fevral tarixini öz yaradıcılıqlarında anırlar.

Veten-tv.Az müğənnilərimizin Xocalıya həsr etdiyi mahnıları təqdim edir:

Xalq artisti Azərin (Anaxanım Tağıyeva) Türkiyənin sevilən sənətçisi Başkal ilə Xocalı soyqırımının ildönümünə həsr olunan “Ah Karabağ” adlı duet ərsəyə gətirib. Bəstənin sözləri və musiqisi Başkalın özünə aiddir. Layihənin ideya müəllifi Cavid Abidovdur.

Müğənni Minanın Vahid Mustafayevin rejissoru olduğu Xocalı faciəsindən bəhs edən “Xoca” filmində səsləndirdiyi “Gəlin, dönək evə” “soundtrack”i də bu qəbildəndir.

Müğənnilər Zaur Əmiraslanov, Məhin Hümbətova, Yaşar Yusub, Paşa Abdulla, Yaşar Cəlilov, Rəna Mirzəyeva, Boris Bayramov, Pərviz Abdullayev, Gökhan Erol, Natiq Cananlı, Leyli İsrafilova və Cavad Cavadov “Xocalı” adlı mahnı ifa ediblər. Mahnının sözləri Rəna Mirzəyevaya, musiqisi Elmin Təhməzə məxsusdur.

Müğənni Nigar Camalın ingilis dilində səsləndirdiyi “Broken Dreams” (Talesiz arzular) adlanan mahnı. Bəstəyə çəkilən klip dörd xarici ölkədən olan 300 nəfərlik heyət tərəfindən hazırlanıb.

Gənclərin sevimlisi Qaraqanın ifa etdiyi replər arasında “Xocalı” adlı bir əsər də var. Mahnının musiqisi Emin Kərimiyə, sözləri isə Qaraqanın özünə məxsusdur. Mahnının vokal hissəsini müğənni Pınar Ələkbərzadə ifa edib.

İllər öncə fəaliyyət göstərən “Dəyirman” qrupu Xocalı faciəsini bütün dünyaya bəyan etmək üçün amerikalı müğənni Toni Bləkmən ilə ingilis dilində “Justice for Khojaly”, dilimizə tərcümədə “Xocalıya ədalət” mənası verən mahnıya ekran həyatı veriblər.

Müğənni Əbdül Xalid “Qan yaddaşımız” adlı mahnısını bütün işğal altında olan torpaqlarımızda canını fəda etmiş şəhidlərimizə həsr edib. Bəstənin müəllifi Niyaməddin Musayevdir, sözləri Bəxtiyar Vahabzadəyə aiddir.

Müğənni Bahar Lətifqızının sözləri Zəlimxan Yaquba, musiqisi isə Aytən Oqtayqızına məxsus “Xocalı” adlı kompozisiyası. Ekran əsəri “Xocalı” şəhərində baş verən qanlı hadisələrdən bəhs edir. Klipdə mahnının sözləri ingilis dilinə tərcümə olunub.

Müğənni Dilarə Kazımova və istedadlı pianoçu Etibar Əsədlinin Xocalı faciəsini əks etdirən “613” adlı musiqi parçası. Sözügedən layihədə muğamımıza da yer verən sənətçiləri Etibar Əsədlinin atası Sahib Əsədli müşayiət edib. Muğam və cazın sintez olunduğu əsərdə muğam hissəsini Sahib Əsədli ifa edib.

Oxu.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Xocalıya həsr olunan kompozisiyalar – VİDEO Reviewed by on . Xocalı faciəsi ilə bağlı qalaq-qalaq kitablarla yanaşı, bu dəhşətlərə həsr olunmuş musiqilər də var. Bir çox sənətçilərimiz Xocalı soyqırımına həsr olunmuş mahn Xocalı faciəsi ilə bağlı qalaq-qalaq kitablarla yanaşı, bu dəhşətlərə həsr olunmuş musiqilər də var. Bir çox sənətçilərimiz Xocalı soyqırımına həsr olunmuş mahn Rating: 0
Smiley face
scroll to top