Çərşənbə , 20 Mart 2019

Home » Cəmiyyət » Bakıda paltarlı qadın skeleti tapılıb

Bakıda paltarlı qadın skeleti tapılıb

Fevral 26, 2019 12:56 pm Bölmə: Cəmiyyət, Manset A+ / A-

W1siZiIsIjIwMTkvMDIvMjUvMTgvNDUvMjEvNGU1ZmUxMWEtYzUzNC00MGIyLWFhNTktZWQwMzQyNTg0ZTBiL3RyZW5kX2FtYnVsYW5jZV8wNzAzMDkuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIHeç kim Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) işçisinin itkin düşdüyünün fərqinə varmayıb. Onun ölümünün üstündən il yarım keçəndən sonra Bakıda skeleti tapılıb.

Bu barədə Sputnik Azərbaycan-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Məlum olub ki, fevralın 24-ü saat 11:15-də Binəqədi rayonu ərazisində, Naxçıvanski küçəsindəki çoxmənzilli evlərin birində, orada yaşayan Ümmüyət Şıxbaba qızı Abdulrəhimovanın skeleti tapılıb.

Qadın yataqda ölüb. Kriminalistlər onun paltarlı skeletini bu yataqda tapıblar.

Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, qadın il yarım bundan əvvəl, 66 yaşı olarkən dünyasını dəyişib.

Abdulrəhimova tənha qadın olub və onu heç kəs axtarmayıb. Heç qonşular da qadının yoxa çıxdığının fərqinə varmayıblar.

Ü.Abdulrəhimova süpürgəçi işləyib və qonşulardan heç kimlə ünsiyyəti olmayıb. Qəribədir ki, qadını heç işlədiyi MKİS-dən də axtarmayıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Bakıda paltarlı qadın skeleti tapılıb Reviewed by on . Heç kim Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) işçisinin itkin düşdüyünün fərqinə varmayıb. Onun ölümünün üstündən il yarım keçəndən sonra Bakıda skeleti tap Heç kim Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) işçisinin itkin düşdüyünün fərqinə varmayıb. Onun ölümünün üstündən il yarım keçəndən sonra Bakıda skeleti tap Rating: 0
Smiley face
scroll to top