Çərşənbə , 20 Mart 2019

Home » Cəmiyyət » Bakı məktəblisi Tehranda bayrağımızı müdafiə etdi – FOTO/VİDEO

Bakı məktəblisi Tehranda bayrağımızı müdafiə etdi – FOTO/VİDEO

Fevral 22, 2019 8:56 pm Bölmə: Cəmiyyət, İdman, Manset, Video A+ / A-

Clipboard01Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Zəhra Salmanlı İranın paytaxtı Tehranda keçirilmiş idman yarışında örnək ola biləcək addım atıb.

Veten-tv.Az xəbər verir ki, Z.Salmanlı turnirin keçirildiyi məkanda Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz edib.

O, Azərbaycan bayrağının yerinin dəyişilməyəcəyi təqdirdə yarışa qatılmayacağını bildirib. Bayraq fərqli və daha uyğun yerdə asıldıqdan sonra yarışa qatılan məktəbli karate idman növü üzrə bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, rəqibləri arasında erməni idmançını da məğlub edən Zəhra Salmanlı sonda qızıl medal və diplomla təltif olunub.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Bakı məktəblisi Tehranda bayrağımızı müdafiə etdi – FOTO/VİDEO Reviewed by on . Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Zəhra Salmanlı İranın paytaxtı Tehranda keçirilmiş idman ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Zəhra Salmanlı İranın paytaxtı Tehranda keçirilmiş idman ya Rating: 0
Smiley face
scroll to top