Çərşənbə , 20 Mart 2019

Home » Hadisə » Bir gün əvvəl nişanı olan gənc qəzada öldü – VİDEO

Bir gün əvvəl nişanı olan gənc qəzada öldü – VİDEO

Fevral 22, 2019 5:06 pm Bölmə: Hadisə, Manset A+ / A-

Clipboard02Bakıda qəzaya düşən gənc vəfat edib.

Oxu.Az-ın məlumatına görə, gecə saatlarında Suraxanı rayonu, Hövsan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi nəticəsində yaralanan 1990-cı il təvəllüdlü Novruzov Əli Hüseynağa oğlu Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, Əli Novruzovun dünən nişanı olub.

09:11

Gecə saatlarında Suraxanı rayonu, Hövsan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, metronun “Əhmədli” stansiyasından Hövsana bir manata sərnişin daşıyan taksi qəzaya düşüb.

Yaralıların yaxınlarının dediyinə görə, taksi sürücüsünün qarşısına yolun əks istiqamətində hərəkət edən avtomobil çıxıb.

Sürücü avtomobili qəzadan yayındırsa da, maşın yolun kənarında olan daş maneəyə çırpılıb.

Nəticədə, avtomobildə olan dörd nəfərdən ikisi – 1990-cı il təvəllüdlü Novruzov Əli Hüseynağa oğlu və 1997-ci il təvəllüdlü Abdunzadə Abdun Coşqun oğlu ağır xəsarət alıb.

Yaralılar Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Hər iki xəstəyə kəllə-beyin travması diaqnozu qoyulub. A.Abdunzadənin vəziyyəti orta-ağır, Ə.Novruzovun vəziyyəti isə ağırdır.

Həmçinin qeyd edilir ki, Novruzov Əlinin dünən nişanı olub.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Bir gün əvvəl nişanı olan gənc qəzada öldü – VİDEO Reviewed by on . Bakıda qəzaya düşən gənc vəfat edib. Oxu.Az-ın məlumatına görə, gecə saatlarında Suraxanı rayonu, Hövsan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi nəticəsində yar Bakıda qəzaya düşən gənc vəfat edib. Oxu.Az-ın məlumatına görə, gecə saatlarında Suraxanı rayonu, Hövsan qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi nəticəsində yar Rating: 0
Smiley face
scroll to top