Cümə , 19 Aprel 2019

Home » Kriminal » BDU-nun tələbəsi öldürüldü – YENİLƏNİB + FOTO

BDU-nun tələbəsi öldürüldü – YENİLƏNİB + FOTO

Fevral 13, 2019 2:25 pm Bölmə: Kriminal, Manset A+ / A-

telebeŞirvanda qətlə yetirilən Rəşad Fətullayev Bakı Dövlət Universitetində birinci kursda təhsil alıb.

Bu barədə Oxu.Az-a BDU-dan məlumat verilib.

Bildirilib ki, Rəşad Fətullayev universitetin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi olub. O, semestr tətili olduğu üçün rayona gedib.

Hadisənin zarafat üstündə olduğu iddia olunur. Məlumata görə, Rəşad Fətullayev atasının mağazasının qarşısında A.Adıgözəlovla zarafatlaşıb. Daha sonra mübahisə yaranıb. A.Adıgözəlov onu bıçaqlayıb.

R.Fətullayev iki uşaqlı ailənin böyük oğlu olub.

10:05

Fevralın 12-də, saat 20:00 radələrində Şirvan şəhəri ərazisində şəhər sakini Rəşad Fətullayevi bıçaqlayan şəxs tutulub.

DİN mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Rəşad Fətullayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda vəfat edib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, şəhər ərazisində kirayədə yaşayan Sabirabad rayon sakini A.Adıgözəlov saxlanılıb.

Qeyd edək ki, R.Fətullayev Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin birinci kurs tələbəsi olub.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


BDU-nun tələbəsi öldürüldü – YENİLƏNİB + FOTO Reviewed by on . Şirvanda qətlə yetirilən Rəşad Fətullayev Bakı Dövlət Universitetində birinci kursda təhsil alıb. Bu barədə Oxu.Az-a BDU-dan məlumat verilib. Bildirilib ki, Rəş Şirvanda qətlə yetirilən Rəşad Fətullayev Bakı Dövlət Universitetində birinci kursda təhsil alıb. Bu barədə Oxu.Az-a BDU-dan məlumat verilib. Bildirilib ki, Rəş Rating: 0
Smiley face
scroll to top