Bazar , 17 Fevral 2019

Home » Manset » Ali məktəblərə qəbul imtahanlarının dəqiq tarixləri açıqlandı -RƏSMİ

Ali məktəblərə qəbul imtahanlarının dəqiq tarixləri açıqlandı -RƏSMİ

Fevral 11, 2019 8:28 pm Bölmə: Manset, Təhsil A+ / A-

azedu.az_qebul_572DİM  2019-cu ildə keçirilməsi nəzərdə tutulan ümumi və tam orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının, I – V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının, ərizə qəbulunun, ixtisas seçiminin, magistratura və rezidenturaya ixtisaslaşma seçiminin, kolleclərə ərizə qəbulunun, eləcə də digər təbrilərin tarixləri açıqlayıb.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, ali təhsil müəssilərinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, I və IV ixtisas qrupları üzrə isə mayın 19-da keçiriləcək.

İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyunun 30-da, II və III ixtisas qrupları üzrə iyulun 7-də keçiriləcək.

I-V ixtisas qrupları və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə  abituriyentlərin ərizələrinin qəbulu martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılacaq.

Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi 3, 10 və 17 mart , ikinci mərhələsi isə 2, 9 və 16 iyun tarixlərində keçiriləcək.

Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının birinci mərhələsi 31 mart, ikinci mərhələsi isə 23 iyunda keçiriləcəkdir. Ərizə qəbulu fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılacaq.

XI siniflər üzrə buraxılış imtahanları  7, 14 və 21 aprel tarixlərində təşkil olunacaq. Əvvəlki illərin məzunları üçün I-IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, eləcə də V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı aprelin 28-də keçiriləcək.

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanının 14 iyulda keçirilməsi nəzərdə tutulub.

Ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanı

10 fevral

Ərizə qəbulu  (I – V qruplar)

15 mart – 15 aprel

QƏBUL İMTAHANI – I-IV ixtisas qrupları üzrə I mərhələ (əvvəlki illərin məzunları üçün) və V qrup üzrə

28 aprel

QƏBUL İMTAHANI – II və III ixtisas qrupları üzrə (yaz imtahanı)

12 may

QƏBUL İMTAHANI – I və IV ixtisas qrupları üzrə (yaz imtahanı)

19 may

Ərizələrində qəbul imtahanlarının birincisində iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin ikinci imtahanda da iştirak etmək üçün elektron qeydiyyatı

30 may – 12 iyun

QƏBUL İMTAHANI – I və IV ixtisas qrupları üzrə (yay imtahanı)

30 iyun

QƏBUL İMTAHANI – II və III ixtisas qrupları üzrə (yay imtahanı)

7 iyul

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat

V qrup (bədən tərbiyəsi ixtisası üzrə) 24-28 iyun

V qrup (bədən tərbiyəsi ixtisası istisna olmaqla) 24 iyun – 3 iyul

I qrup üzrə 12 – 17 iyul

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları (I və V qrup)

V qrup (bədən tərbiyəsi ixtisası üzrə) 1 – 7 iyul

V qrup (bədən tərbiyəsi ixtisası istisna olmaqla)

7 iyul – 2 avqust

I qrup üzrə 22 – 26 iyul

Azərbaycan İlahiyyat İnstitutuna (İslamşünaslıq) qəbul olmaq istəyənlərin qeydiyyatı

20 – 24 iyul

Azərbaycan İlahiyyat İnstitutuna (İslamşünaslıq) qəbul olmaq istəyənlərin qabiliyyət imtahanı

27 iyul – 2 avqust

Jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı

22 – 25 iyul

Jurnalistika ixtisasını seçən abituriyentlərin qabiliyyət imtahanı

1 avqust

İxtisas seçimi (I – IV qrup)

24 iyul – 6 avqust

İxtisas seçimi (V qrup (müvafiq komissiya üzrə qabiliyyət imtahanı başa çatdıqdan sonra))

24 iyul – 6 avqust

Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı (I mərhələ)

15 – 27 avqust

Boş qalan yerlərə ixtisas seçimi

15 – 19 avqust

Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı

23 avqust – 2 sentyabr

Buraxılış imtahanları

İlk peşə-ixtisas təhsili müəssisələri

17 fevral

İlk peşə-ixtisas təhsili müəssisələrinin tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrinin şagirdləri üçün Azərbaycan dili imtahanı

18 fevral

Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 1-ci istiqamət

3 mart

Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 2-ci istiqamət

10 mart

Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 3-cü istiqamət

17 mart

Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün)

31 mart

Tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrin şagirdləri üçün Azərbaycan dili imtahanı

5 may

Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 1-ci istiqamət

2 iyun

Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 2-ci istiqamət

9 iyun

Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 3-cü istiqamət

16 iyun

Ümumi (9 illik) orta bazasında II mərhələ (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün)

23 iyun

Tam (11 illik) orta təhsil bazasında, 1-ci istiqamət

7 aprel

Tam (11 illik) orta təhsil bazasında, 2-ci istiqamət

14 aprel

Tam (11 illik orta) təhsil bazasında, 3-cü istiqamət

21 aprel

Tam (11 illik) orta təhsil bazasında (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün)

28 aprel

Tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrin şagirdləri üçün Azərbaycan dili imtahanı

5 may

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Ali məktəblərə qəbul imtahanlarının dəqiq tarixləri açıqlandı -RƏSMİ Reviewed by on . DİM  2019-cu ildə keçirilməsi nəzərdə tutulan ümumi və tam orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının, I - V ixtisas qrupları üzrə ali təhsi DİM  2019-cu ildə keçirilməsi nəzərdə tutulan ümumi və tam orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının, I - V ixtisas qrupları üzrə ali təhsi Rating: 0
Smiley face
scroll to top