Cümə , 19 Aprel 2019

Home » Ədəbiyyat » İLHAMƏ NASİR – BAĞIŞLA

İLHAMƏ NASİR – BAĞIŞLA

Fevral 10, 2019 10:44 pm Bölmə: Ədəbiyyat, Manset A+ / A-

19-01-16-18-11-12-759_deco

BAĞIŞLA
Canım mənim, məsum mələyim, bircə bilsən sənin üçün necə darıxmışam. Bilirəm ruhun məndən küsüb. Bəlkə də nifrət edir. Buna haqqı da var. Inan ki, üzüm də gəlmir “məni bağışla” deməyə. Səni çox qırmışam, əzmişəm. Həyatımda heç kimi sənin qədər incitməmişəm. Başqalarını sevdiyim halda, sənə işgəncələr vermişəm. O qədər qəddardım ki sənə qarşı. Xoşbəxt gülüşlərini əlindən alıb səni top tüfəg səsləri ilə qorxutdum ilk öncə. Yarpaq kimi əsirdin qorxudan. Səni çığırda-çığırda yurdundan-yuvandan qopardım. Divarın dibindəki evciyindən ayırıb, səhər sübhdən Bakı küçələrində çörək növbəsinə qoydum. Yad-nabələd adamların içində. Ağ köynəkli müəllim atandan ayırıb, qapı-qapı “nə iş olursa olsun” deyib iş soraqlayan bir kişinin qızı etdim səni. Hər gün xoşladığın növ-növ yeməkləri bişirən anandan ayırıb, yardıma verilən ərzaqlardan cirə ilə işlədən anaya həvalə etdim səni. Evinizin sənə aid geniş, oyuncaqlarınla bəzənən otağından ayırıb, hamının birgə yatıb durduğu idarə binasının zirzəmidəki kiçik rütubətli otağına atdım səni. Günəşə də həsrət idin. Fəsillərdən xəbərsiz. Bayram həvəsini də öldürdüm. Yoxluğu öyrətdim sənə, körpə ruhunla sabahı düşünməyə başladın. Səni atanın, ananın “vətən” deyən ah-naləsində əritdim. Heç Bakı da sevmədi səni. Şəhər haylı-küylü kənd uşaqlarını sevməz əzizim. Çaylaqda çürəbəcür oyunlar oynayan dostlarından ayırdım, Şəhərin bəxtəvər uşaqlarına evinizin kiçik pəncərəsindən baxırdın. Geyimindən utanırdın. Həm də qorxurdun onlara yaxınlaşmağa. Çünki, sənə elə bir qaçqın damğası vurdurmuşdum ki, kimsə uşağını səninlə oynamağa icazə verməzdi. O vaxt hamı öz evlərini yiyəsiz idarə binalarına, yararsız baxçalara, yarımçıq tikililərə doluşan qaçqınlardan qoruyurdu. Qaçqınları vəhşi kimi tanıyırdı müharidənin acısından, didərginlikdən bixəbərlər.Yadındadır bir dəfə ağlaya-ağlaya evə qaçmağın? Həyətdə oynayan uşağını anası evə çağıranda demişdi ki, gəl evə gecdir, yoxsa qaçqınlar səni oğurlayar! Ağlamışdın onda, “məgər biz oğruyuq ki?” deyib üsyan etmişdin. Fəryadın elə o dörd divar arasındaca qaldı.
Bax sənin o körpə qəlbini elə-elə dağlayıb əzab vermişəm. Hər kəsin baxışlarında oxlanıb yaralanırdın. Sonra da özüm səni öz göz yaşlarımda boğub öldürdüm. Bağışla məni uşaqlığım. Ilhame Nasir


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


İLHAMƏ NASİR – BAĞIŞLA Reviewed by on . BAĞIŞLA Canım mənim, məsum mələyim, bircə bilsən sənin üçün necə darıxmışam. Bilirəm ruhun məndən küsüb. Bəlkə də nifrət edir. Buna haqqı da var. Inan ki, üzüm BAĞIŞLA Canım mənim, məsum mələyim, bircə bilsən sənin üçün necə darıxmışam. Bilirəm ruhun məndən küsüb. Bəlkə də nifrət edir. Buna haqqı da var. Inan ki, üzüm Rating: 0
Smiley face
scroll to top