Cümə , 19 Aprel 2019

Home » Manset » Nüşabə ilə Afət arasında dava – VİDEO

Nüşabə ilə Afət arasında dava – VİDEO

Fevral 8, 2019 12:02 pm Bölmə: Manset, Mədəniyyət, Video A+ / A-

MyCollages (7)Əməkdar artist Nüşabə Ələsgərli ilə bu həftə canlı efirdə 240 min dollarlıq avtomobil hədiyyə almaqla gündəmə gələn müğənni Afət Fərmanqızı arasında söz davası çıxıb. İki məşhur məkanların birində üz-üzə gəliblər.

N.Ələsgərli Nəsiminin “Sığmazam” qəzəlinə mahnı oxuyan və tənqidlərə məruz qalan A.Fərmanqızına etirazını bildirib.

Əməkdar artist, müğənninin düzgün yolda olmadığını onun üzünə vurub. Bundan qəzəblənən Afət Əməkdar artistlə mübahisə edib:

“Mən niyə dəyişim? Siz kimsiniz ki, mənə bunu deyirsiniz? Hamı mənə paxıllıq edir. Xalqın mənə iradı yoxdur. Girin, “Instagram” səhifəmə baxın. Gün ərzində iki min “follow” gəlir. Mən Nüşabə xanımı da keçmişəm. Xalq budur.

Onda mən də deyirəm ki, qara paltar geyinməyin, xoşuma gəlmir. Sizin də iradınız buna bənzəyir. Ayıbdır. Gedin, işinizlə məşğul olun. Elnarə Abdullayeva məni dəstəkləyir, ondan başqa heç bir sənətçinin sözünə önəm vermirəm”.

Afətin sərt reaksiyası ilə üzləşən Nüşabə aralarında baş verən mübahisənin üstünə su səpərək, bunları söyləyib:

“Kim necə oxuyur-oxusun, istəyir dombalaq aşsın, nəyimə lazımdır? Mən heç kimi düşünmürəm, Dəyişməsin, belə də qalsın”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Nüşabə ilə Afət arasında dava – VİDEO Reviewed by on . Əməkdar artist Nüşabə Ələsgərli ilə bu həftə canlı efirdə 240 min dollarlıq avtomobil hədiyyə almaqla gündəmə gələn müğənni Afət Fərmanqızı arasında söz davası  Əməkdar artist Nüşabə Ələsgərli ilə bu həftə canlı efirdə 240 min dollarlıq avtomobil hədiyyə almaqla gündəmə gələn müğənni Afət Fərmanqızı arasında söz davası  Rating: 0
Smiley face
scroll to top