Bazar , 17 Fevral 2019

Home » Manset » Ən qədim xərçəng şişi aşkarlandı

Ən qədim xərçəng şişi aşkarlandı

Fevral 8, 2019 11:54 am Bölmə: Manset, Maraqlı A+ / A-

file-20170531-25658-jpreesBerlinin təbiətşünaslıq muzeyinin mütəxəssisləri 240 milyon il əvvəl yaşamış tısbağanın qalıqlarında xərçəng əlamətləri aşkarlayıb.

Bu barədə “EurekAlert!” elmi xəbərlər portalında məlumat yayılıb.

Alimlər əmin edir ki, müasir tısbağaların Trias dövründə yaşamış əcdadının bel sümüyündə bədxassəli törəmə olub. Tədqiqat nəticələrinə görə, şişin xarakteristikası bir çox müasir xərçəng xəstələrində müşahidə olunan osteosarkomaya uyğun gəlir.

Bu tip şiş, adətən, sümüklərin səthində yerləşir və sürətlə inkişaf edir. Həmçinin, digər xərçəng növləri ilə müqayisədə, daha erkən metastaz verir (ikinci dərəcəli şişli ocaqlar).


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Ən qədim xərçəng şişi aşkarlandı Reviewed by on . Berlinin təbiətşünaslıq muzeyinin mütəxəssisləri 240 milyon il əvvəl yaşamış tısbağanın qalıqlarında xərçəng əlamətləri aşkarlayıb. Bu barədə “EurekAlert!” elmi Berlinin təbiətşünaslıq muzeyinin mütəxəssisləri 240 milyon il əvvəl yaşamış tısbağanın qalıqlarında xərçəng əlamətləri aşkarlayıb. Bu barədə “EurekAlert!” elmi Rating: 0
Smiley face
scroll to top