Çərşənbə , 20 Mart 2019

Home » İdman » İranlı şərhçidən azərbaycanlı futbolçunun qoluna “Yaşasın Azərbaycan” reaksiyası – VİDEO

İranlı şərhçidən azərbaycanlı futbolçunun qoluna “Yaşasın Azərbaycan” reaksiyası – VİDEO

Yanvar 26, 2019 8:39 pm Bölmə: İdman, Manset, Video A+ / A-

ABU DHABI, UNITED ARAB EMIRATES - JANUARY 24: Karim Ansarifard celebrates after third goal during the AFC Asian Cup quarter final match between China and Iran at Mohammed Bin Zayed Stadium on January 24, 2019 in Abu Dhabi, United Arab Emirates. (Photo by Amin Mohammad Jamali/Getty Images)

Xəbər verdiyimiz kimi, iki gün əvvəl futbol üzrə Asiya çempionatının 1/4 finalında İran millisi Çin üzərində 3:0 hesablı qələbə qazanıb.

Veten-tv.Az xəbər verir ki, qarşılaşmada ikinci qolu 31-ci dəqiqədə İran türkməni Sərdar Azmun və üçüncü qolu 91-ci dəqiqədə cənubi azərbaycanlı Kərim Ənsarifərd vurub.

İranlı şərhçi hər iki hücumçunun qolunu maraqlı şərh edib. Belə ki, o, Azmunun qolunu “bütün türkmənlərin Sərdarı” deyə bildirib. Ənsarifərdi isə Kərim türk oğlu və Kərim Savalan kimi təqdim edən şərhçi qoldan sonra “Yaşasın Azərbaycan, yaşasın İran” deyə qışqırıb.

Qeyd edək ki, Sərdar Azmun Rusiyanın “Rubin” və Kərim Ənsarifərd İngiltərənin “Notinqem Forest” klubunda çıxış edir./Oxu.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


İranlı şərhçidən azərbaycanlı futbolçunun qoluna “Yaşasın Azərbaycan” reaksiyası – VİDEO Reviewed by on . Xəbər verdiyimiz kimi, iki gün əvvəl futbol üzrə Asiya çempionatının 1/4 finalında İran millisi Çin üzərində 3:0 hesablı qələbə qazanıb. Veten-tv.Az xəbər verir Xəbər verdiyimiz kimi, iki gün əvvəl futbol üzrə Asiya çempionatının 1/4 finalında İran millisi Çin üzərində 3:0 hesablı qələbə qazanıb. Veten-tv.Az xəbər verir Rating: 0
Smiley face
scroll to top