Çərşənbə , 20 Mart 2019

Home » Manset » Yoxlama zamanı qadının ətəyindən 24 gəmirici çıxdı – FOTO

Yoxlama zamanı qadının ətəyindən 24 gəmirici çıxdı – FOTO

Yanvar 17, 2019 8:19 pm Bölmə: Manset, Maraqlı A+ / A-

589_3(1)Tayvanda sərhədçilər ölkəyə gizli yolla 24 qum siçanı keçirməyə çalışan qaçaqmalçı qadını saxlayıb.

Veten-tv.Az xəbər verir ki, bu barədə “Taiwan News” məlumat yayıb.

Nəzarət-buraxılış məntəqəsində 60 yaşlı qadının üzərinə baxış keçirilib. Gömrük işçilərinin diqqətini çəkən onun ətəyi və yöndəmsiz yerişi olub. Axtarış zamanı qadının ətəyindən çoxsaylı çöl siçanları çıxıb. Hər gəmirici qaçaqmalçının ayaqlarına dolanmış ayrıca torbada olub.

Qadın qum siçanlarını Çin zoomağazasından aldığını və onları Tayvandakı dostlarına apardığını deyib. Ancaq sərhədçilər qadının mütəşəkkil cinayətkar dəstəyə işlədiyini bildirib.

Qadın deyib ki, erkək siçanlara görə 50 yuan (13 manat) ödəyib, dişi siçanları isə üçqat baha qiymətə satdığını bildirib. Hər siçanın çatdırılmasına görə ona 60 yuan (16,5 manat ) vəd ediblər. Tayvanda erkək qum siçanları 500 tayvan dollarına (27,5 manat), dişilər isə 1000 tayvan dollarına (55 manat) satılır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Yoxlama zamanı qadının ətəyindən 24 gəmirici çıxdı – FOTO Reviewed by on . Tayvanda sərhədçilər ölkəyə gizli yolla 24 qum siçanı keçirməyə çalışan qaçaqmalçı qadını saxlayıb. Veten-tv.Az xəbər verir ki, bu barədə “Taiwan News” məlumat Tayvanda sərhədçilər ölkəyə gizli yolla 24 qum siçanı keçirməyə çalışan qaçaqmalçı qadını saxlayıb. Veten-tv.Az xəbər verir ki, bu barədə “Taiwan News” məlumat Rating: 0
Smiley face
scroll to top