Bazar ertəsi , 21 Yanvar 2019

Home » Kriminal » Arvadını yandırmaq istəyərkən səhvən oğlunu öldürdü – VİDEO

Arvadını yandırmaq istəyərkən səhvən oğlunu öldürdü – VİDEO

Yanvar 15, 2019 12:06 am Bölmə: Kriminal, Manset, Video A+ / A-

Rezonans_logoDedilər, filankəslədir, qapı bağlıdır.

Veten-tv.Az-ın xəbərinə görə, ARB TV-nin “Rezonans” proqramında bu dəfə oğlunu və arvadını yandıran ömürlük məhkumdan danışılıb.

“Lənkəranda yaşamışam. Əvvəl 11 il cəza çəkib çıxmışam. Həbsdə ola-ola daş karxanasında işləyirdim. Öz əziyyətimlə işləyə-işləyə ev aldım. Sonra fəhlə işləyirdim.

Çətin idi dolanmaq. Sonra dedilər ki, nə qədər belə gedər? Mən də başladım onlarla həmin işi görməyə. Konteyner açdıq, oğurluq etdik. Başladıq dükanlara paylamağa. Hər şey normal gedirdi, sonra ilişdik. Mənə 15, digərlərinə də səkkiz il iş verdilər. 1987-ci ildə əfv verdilər. Məndən də dörd il çıxdılar. Xanımımı istəyib qaçırmışam. 23 yaşında evlənmişdim mən. 26 yaşımda tutuldum.

Elə oldu dedi ki, işləmək istəyirəm. Dedim ki, sənin nəyin çatmır? Dükan sahibi ilə danışdım. Dedi ki, bu qədər borcu var. Çıxardım, pulu verdim. Dedim ki, bir də bunu burada görməyim, yoxsa dükanını yandıracağam.

Gördüm ki, bunu fikrindən yayındırmaq mümkün deyil. Bir gün dedilər ki, filan yerdə filankəslədir. Saat bir olardı. Gördüm ki, qapı çöldən bağlıdır. Gözlədim bir az. Həmin gün də yağış yağırdı. Saata baxdım ki, üçə işləyib. Özümlə benzin də gətirmişdim. Məcbur olub bu yola əl atdım.

Bilsəydim ki, oğlum oradadır, etməzdim. Oğlum da orada idi. Rusiyaya getdim. Bir ay işləyəndən sonra dayana bilmədim, qayıtdım. Qardaşım dedi ki, oğlun tüstüdən boğulub, arvad da ölməyib. Sonra məni tutdular, qoluma qandal vurub apardılar. Ölüm hökmü verilmişdi. Sonra dedilər ki, işinə yenidən baxılacaq.

Sonra məhkəmə gəldi və yenə güllələnmə hökmü verildi. Güllə korpusunda Şahin adlı bir oğlan var idi. Dedi ki, paltarları görürsən? Bunlar ölənlərin paltarlarıdır. Sənin də paltarın burada olacaq. Dedim, onu bilmək olmaz. Sonra ölüm hökmü ləğv olundu. Mən azadlığı hər şeyə qurban verərəm”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Arvadını yandırmaq istəyərkən səhvən oğlunu öldürdü – VİDEO Reviewed by on . Dedilər, filankəslədir, qapı bağlıdır. Veten-tv.Az-ın xəbərinə görə, ARB TV-nin “Rezonans” proqramında bu dəfə oğlunu və arvadını yandıran ömürlük məhkumdan dan Dedilər, filankəslədir, qapı bağlıdır. Veten-tv.Az-ın xəbərinə görə, ARB TV-nin “Rezonans” proqramında bu dəfə oğlunu və arvadını yandıran ömürlük məhkumdan dan Rating: 0
Smiley face
scroll to top