Çərşənbə axşamı , 22 Yanvar 2019

Home » Hadisə » Bakıda güclü partlayış: ölənlər var – YENİLƏNİB + FOTO/VİDEO

Bakıda güclü partlayış: ölənlər var – YENİLƏNİB + FOTO/VİDEO

Yanvar 9, 2019 2:34 pm Bölmə: Hadisə, Manset, Video A+ / A-

49587683_499008043925801_3008123767596515328_nYanvar ayının 9-u gecə saatlarında Yasamal rayonu, Tolstoy küçəsi 40 ünvanında birmərtəbəli, İKİ otaqlı, taxta konstruksiyalardan ibarət evdə baş verən partlayışın səbəbi məlum olub.

Yasamal rayon İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, həmin ünvanda aparılan ilkin araşdırmalardan buradakı hadisənin ehtiyatsızlıq ucbatından baş verdiyi məlum olub:

“Çox güman ki, mənzildə qaz xətti açıq olub, bu da gecə vaxtı köhnə xətlərdən qazın sızmasına və partlayışa səbəb olub. Məsələnin araşdırılması davam edir”.

09:29

Bakı şəhərinin Yasamal rayonunda birmərtəbəli iki otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Partlayış dalğasının təsirindən evin çöl divarı bir tərəfinin daşıyıcı divarı həyətdə dayanmış “Tofaş” markalı avtomobilin üzərinə aşıb.

Hadisə zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 1956-cı il təvəllüdlü Məmmədov Aydın Əjdər oğlu, 1962-ci il təvəllüdlü Məmmədova Xuraman Cahangir qızı və 1993-cü il təvəllüdlü Məmmədova Aygün Aydın qızının meyitləri aşkar edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Bakıda güclü partlayış: ölənlər var – YENİLƏNİB + FOTO/VİDEO Reviewed by on . Yanvar ayının 9-u gecə saatlarında Yasamal rayonu, Tolstoy küçəsi 40 ünvanında birmərtəbəli, İKİ otaqlı, taxta konstruksiyalardan ibarət evdə baş verən partlayı Yanvar ayının 9-u gecə saatlarında Yasamal rayonu, Tolstoy küçəsi 40 ünvanında birmərtəbəli, İKİ otaqlı, taxta konstruksiyalardan ibarət evdə baş verən partlayı Rating: 0
Smiley face
scroll to top