Bazar ertəsi , 21 Yanvar 2019

Home » Hadisə » Türkiyədə batan gəmidəki azərbaycanlıların kimliyi bilindi – YENİLƏNİB + VİDEO

Türkiyədə batan gəmidəki azərbaycanlıların kimliyi bilindi – YENİLƏNİB + VİDEO

Yanvar 7, 2019 4:00 pm Bölmə: Hadisə, Manset, Video A+ / A-

gəmiSamsunda batan Panama bayrağı altında üzən gəmi ilə bağlı yeni məlumatlar üzə çıxıb.

Veten-tv.Az xəbər verir ki, 1978-ci ildə inşa edilən 113 metrlik “Volgo Balt 214” adlı gəmi kömür ilə yüklü olub və hadisə zamanı iki yerə bölünüb.

Bundan başqa, gəmidə olan 13 nəfərin şəxsiyyəti məlum olub. Onlardan ikisi azərbaycanlıdır.

Bunlar 1972-ci il təvəllüdlü gəmi kapitanı İsmayılov Turbat və 1978-ci il təvəllüdlü kapitan köməkçisi İbrahimov Məmmədəlidir.

untitled-47-006.jpg

untitled-46-009.jpg

untitled-45-014.jpg

14:44

Türkiyənin Samsun bölgəsində batan gəmidən yeddi nəfər xilas edilib.

Veten-tv.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, onlardan dördü xəstəxanaya yerləşdirilib.

İki nəfərin öldüyü qəzada göyərtədə olan iki nəfərin axtarışları davam edir.

14:34

Türkiyənin Samsun bölgəsindən 130 kilometr uzaqlıqda Panama bayrağı ilə üzən gəmi batıb.

Veten-tv.Az “CNN Türk”ə istinadən xəbər verir ki, Türkiyə Sahil Mühafizəsi Xidmətinin əməkdaşları helikopterlər vasitəsilə altı nəfəri xilas edib, iki nəfərin isə cəsədini aşkar edib.

Məlumatlara görə, gəmidə doqquzu Ukrayna, ikisi Azərbaycan və ikisi Rusiya vətəndaşı olmaqla, 13 nəfər olub. Onların xilas edilməsi prosesi davam edir.

Hadisənin səbəbləri məlum deyil. Xilasetmə işlərinə bir təyyarə, dörd helikopter, bir gəmi və iki qayıq cəlb edilib./Oxu.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Türkiyədə batan gəmidəki azərbaycanlıların kimliyi bilindi – YENİLƏNİB + VİDEO Reviewed by on . Samsunda batan Panama bayrağı altında üzən gəmi ilə bağlı yeni məlumatlar üzə çıxıb. Veten-tv.Az xəbər verir ki, 1978-ci ildə inşa edilən 113 metrlik “Volgo Bal Samsunda batan Panama bayrağı altında üzən gəmi ilə bağlı yeni məlumatlar üzə çıxıb. Veten-tv.Az xəbər verir ki, 1978-ci ildə inşa edilən 113 metrlik “Volgo Bal Rating: 0
Smiley face
scroll to top