Bazar ertəsi , 21 Yanvar 2019

Home » Kriminal » Ər və arvad bir-birini bıçaqladı – Azərbaycanda

Ər və arvad bir-birini bıçaqladı – Azərbaycanda

Yanvar 6, 2019 7:48 pm Bölmə: Kriminal, Manset A+ / A-

shutterstock_125514317-800x430Astara şəhərində ər və arvad arasında bıçaqlaşma olub.

Veten-tv.az report-a istinadən məlumatına görə, hadisə 1981-ci il təvəllüdlü Astara rayonu Şahağacı kənd sakini Yeganə İltifat qızı Hüseynova və onunla qeyri-rəsmi nikahda olan, 1986-cı il təvəllüdlü Təngərüd kənd sakini Hüseynov Kamin Kazım oğlunun “Qum” küçəsində kirayədə qaldıqları evdə baş verib.

Aralarında yaranan şəxsi münaqişə zamanı Y.Hüseynova meyvə qabındakı bıçaqla K.Hüseynovun boyun nahiyəsinə xəsarət yetirib. Ardınca K.Hüseynov bıçağı onun əlindən alaraq qadına 4 zərbə endirib. Hadisə zamanı evdə Y.Hüseynovanın əvvəlki nikahdan olan yeniyetmə qızı olub. Hər iki yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlar əməliyyat olunduqdan sonra Reanimasiya şöbəsinə yerləşdiriliblər.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Ər və arvad bir-birini bıçaqladı – Azərbaycanda Reviewed by on . Astara şəhərində ər və arvad arasında bıçaqlaşma olub. Veten-tv.az report-a istinadən məlumatına görə, hadisə 1981-ci il təvəllüdlü Astara rayonu Şahağacı kənd Astara şəhərində ər və arvad arasında bıçaqlaşma olub. Veten-tv.az report-a istinadən məlumatına görə, hadisə 1981-ci il təvəllüdlü Astara rayonu Şahağacı kənd Rating: 0
Smiley face
scroll to top