Çərşənbə axşamı , 22 Yanvar 2019

Home » Cəmiyyət » Cəlilabadda eramızdan əvvələ aid daş kitabə tapılıb

Cəlilabadda eramızdan əvvələ aid daş kitabə tapılıb

Yanvar 6, 2019 7:16 pm Bölmə: Cəmiyyət, Manset A+ / A-

azedu.az_kitabe_16Cəlilabad rayonunun Şatırlı kəndi ərazisində daş kitabə tapılıb.

Veten-tv.az xəbər verir ki,  tarixi tapıntı yerli tarixçi Elşad Əmənov tərəfindən aşkar edilib.

E.Əmənovun sözlərinə görə, bu kitabə təxminən eramızdan əvvəl I minilliyə aiddir. Həmçinin tarixçi bildirib ki, salnamədəki yazılar tariximizin ilk rəsmi yazı sistemi olan – Runik yazı sistemində yazılıb.

İndiyədək Cəlilabad rayonu ərazisində bu tapıntı da, daxil olmaqla 11 daş yazı nümunəsi aşkar edilib. Onlardan 9-u Runik hərflərlə yazılıb, digər ikisinin qrafiki hələ ki, müəyyən olunmayıb.

Tapıntı Cəlilabad rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək. (report.az)


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Cəlilabadda eramızdan əvvələ aid daş kitabə tapılıb Reviewed by on . Cəlilabad rayonunun Şatırlı kəndi ərazisində daş kitabə tapılıb. Veten-tv.az xəbər verir ki,  tarixi tapıntı yerli tarixçi Elşad Əmənov tərəfindən aşkar edilib. Cəlilabad rayonunun Şatırlı kəndi ərazisində daş kitabə tapılıb. Veten-tv.az xəbər verir ki,  tarixi tapıntı yerli tarixçi Elşad Əmənov tərəfindən aşkar edilib. Rating: 0
Smiley face
scroll to top