Çərşənbə axşamı , 22 Yanvar 2019

Home » Təhsil » Müəllimlərin bilməli olduğu üsullar – Fəal təlim metodları

Müəllimlərin bilməli olduğu üsullar – Fəal təlim metodları

Yanvar 5, 2019 1:41 pm Bölmə: Təhsil A+ / A-

mKurikulum proqramının özəlliklərindən biri dərs zamanı bütün şagirdlərin diqqət mərkəzində olmasıdır. Məhz bunun nəticəsində həm zəif, həm də istedadlı şagirdlər yaradıcı fəaliyyət göstərməyə başlayırlar. Eləcə də kurikulum sahəsində inteqrasiya prosesi fənlər arasında yüksək səviyyəyə çatır.

Fəal təlim yaxud interaktiv iş üsulları adı ilə tanınan bu üsullar kurikulum proqramının və müasir dərs modelinin əsas özəyini təşkil edir. İnteraktiv sözünün mənası ingilis dilində qarşılıqlı əlaqə, fəaliyyət göstərmək kimi mənaları ifadə edir.

Kublaşdırma –  tədqiqat metodlarından biri olub mövzunun hərtərəfli öyrənilməsinə şərait yaradır. Kublaşdırma vasitəsilə şagird mövzunu təsvir və müqayisə etməyə, əlaqələndirməyə, təhlilə, tətbiq və mübahisəyə yönəldir. Bu zaman şagirdin tənqidi və məntiqi təfəkkürü inkişaf edir, mövzuya hərtərəfli baxışı, qiymətləndirmə bacarığı, əməkdaşlıq vərdişləri formalaşır.
Bu metod müəllimə mövzunu, vəziyyəti ətraflı tədqiq etməyə, şagirdlərin mürəkkəb və inteqrativ yanaşmalarına şərait yaratmağa imkan verir.

Kublaşdırma metodu necə tətbiq edilir?

1.Kub düzəldilir.
2.Kubun hər üzünə verilən altı göstərişdən biri yazılır.
3.Müzakirə olunacaq mövzu müəyyən edilir.
4.Sinif 6 qrupa bölünür və hər qrupa mövzu üzrə bir göstəriş verilir.
5.Şagirdlər təlimatlandırılır.
6.Şagirdlər təsvir, müqayisə, əlaqələndirmə, təhlil, tətbiq, mübahisə edirlər.
7.Təqdimat
8.Nəticə çıxarılaraq ümumiləşdirmə aparırlar.
9.Yekun lövhədən asılır.
Ziqzaq – Nisbətən iri həcmli əsərlərin mətni üzərində aparılan işi ziqzaq üsulu ilə aparmaq vaxtdan səmərəli istifadəyə şərait yaradır, əməkdaşlıq vərdişlərini inkişaf etdirir.

Ziqzad metodu necə tətbiq edilir?

İş, tədqiq olunacaq mətni hissələrə bölüb, nömrələməklə başlanır. Şagirdlər qrup şəklində 1-dən 4-ə qədər sayırlar. Qrupdakı şagirdlər (ekspertlər) müvafiq nömrələrlə işarələnir, sonra eyni nömrəli şagirdlər bir parta ətrafına toplanır, mətnin müvafiq hissəsini oxuyur, verilmiş tapşırıqları yerinə yetirirlər. İş başa çatdıqdan sonra ikinci mərhələ başlanır. Ekspertlər əvvəlki qrupa qayıdır, ekspert kimi əldə etdikləri informasiyanı bir-biri ilə bölüşür və mətn üzərində işi bütövləşdirirlər.

Təqdimat – Fəal təlim metodları ilə aparılan dərslərin mühüm elementləeindən biri olan təqdimat şagirdin tədqiqat fəaliyyətinin göstəricisi sayılmalıdır. Bu metod şagirdlərə imkan verir ki, o, tədqiqatın nəticəsini müxtəlif yollarla təqdim edə bilsin, öz fikirlərinidəqiq ifadə etmək, mükəmməl nəticə çıxarmaq bacarığına yiyələnsin. Təqdimata hazırlaşan şagird qrup halında işləyəndə ünsiyyət mədəniyyətinə yiyələnir, fikir bölüşməyi bacarır. Belə olduqda isə onların hazırladıqları təqdimat dəqiq olur, ya xşı tərtibatı ilə diqqəti cəlb edir.
Beyin həmləsi – Dərsdə 5-10 dəqiqə ərzində şagirdlərin öyrənilən mövzu, problemin həlli yolları üzrə müxtəlif ideyaları irəli sürməsi vasitəsi kimi istifadə olunur. Ədəbiyyat dərslərində problemli vəziyyətin yardılması üçün gərək olan ilkin ideyanın formalaşmasında beyin həmləsi əvəzsiz rol oynayır. Beyin həmləsi şagirdlərin yeni bilikləri üzə çıxarmağa, müzakirə olunan məsələyə maraq oyadır. Bu metodun tətbiqi şagirdləri fəallaşdırır, verilən suala tez və düzgün cavab tapmağa, müxtəlif ideyalar irəli sürməyə həvəs yaradır. Əqli hücum tətbiq edilərkən müəllim həll olunmalı problemi elan edir. Sual lövhəyə yazılır və ya şifahi şəkildə verilir. Əqli hü­cum zamanı yeni mövzu ilə əlaqədar hər hansı bir fikrin, ifadənin ta­mamlanması üçün mümkün variantları müəyyənləşdirmək tapşı­rığı vermək də məqsədəuyğundar.

Müəllim mümkün qədər şagirdin fikir söyləməsinə nail olmalıdır. Şagirdlər vaxt itirmədən problemlə bağlı yığcam şəkildə müx­təlif ideyalar, təkliflər irəli sürürlər. Söylənilən bütün mülahizə­lər heç bir şərh verilmədən, tənqidi münasibət bildirilmədən lövhədə qeyd olunur. Sonra təhlil, müzakirə mərhələsi gəlir. Müxtəlif ideyalar qiymətləndirilir, lehinə və əleyhinə fikirlər söylənilir. Şa­gird­lər müzakirə olunan problemin həlli üçün faydalı hesab et­dikləri ideyaları seçirlər.

Qeyd edək ki, fəal təlimin qarşısında duran prinsiplər qədim vaxtlardan məlum olsa da, (Sokrat, Demokrit, Platon, Seneka, İbn Sina və s.) onun sistemli elmi – tədqiqatı, əsasən XX əsrin əvvəllərinə təsadüf edir. Fəal təlim anlayışına bəzən interaktiv təlim metodları da deyilir. İnteraktiv sözü qarşılıqlı fəaliyyətə əsaslandığından, bəzən problemli təlim termini də işlədilir. Problemli təlimin öyrənilməsinə A.Matyuşkin , T.Kudryavtsev, M.Maxmutov, C.Dyui və digər alimlər töhfə veriblər.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Müəllimlərin bilməli olduğu üsullar – Fəal təlim metodları Reviewed by on . Kurikulum proqramının özəlliklərindən biri dərs zamanı bütün şagirdlərin diqqət mərkəzində olmasıdır. Məhz bunun nəticəsində həm zəif, həm də istedadlı şagirdlə Kurikulum proqramının özəlliklərindən biri dərs zamanı bütün şagirdlərin diqqət mərkəzində olmasıdır. Məhz bunun nəticəsində həm zəif, həm də istedadlı şagirdlə Rating: 0
Smiley face
scroll to top