Bazar ertəsi , 10 Dekabr 2018

Home » Manset » Mars küləyinin səsi yayıldı – VİDEO

Mars küləyinin səsi yayıldı – VİDEO

Dekabr 8, 2018 4:00 pm Bölmə: Manset, Maraqlı, Video A+ / A-

Oblaka-na-MarseNASA-nın “Mars İnsight” avtomatik stansiyası Mars küləyinin səsini qeydə alıb.

Veten-tv.Az-ın məlumatına görə, Yerə ötürülən həmin səsin orijinalı NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının YouTube səhifəsinə yerləşdirilib.

Tədqiqat stansiyasında quraşdırılmış seysmoqraf  günəş panellərində küləyin təsiri ilə titrəyişlərin baş verməsini fiksasiya edib. Səslər praktiki olaraq eşidilməsə də, mütəxəssislər  tezliyi iki oktava artıraraq, Mars küləyinin səsini əldə ediblər.

Külək eyni zamanda hava təzyiqi sensoru ilə qeydə alınıb. Nasa alimləri eyni zamanda Qırmızı planetin seysmoloji vəziyyətini dərindən tədqiq etmək fikrindədir.  Tezliklə Marsın səthinə seysmoqrafın quraşdırılacağı və tektonik aktivliklə bağlı  ən dolğun məlumatların əldə olunacağı gözlənilir.

Qeyd edək ki, InSight missiyası noyabrın 26-da Marsın Elizium  vadisinə eniş edib.  Stansiyanın bir Mars ili  yəni 728 Yer ilinə qədər istismar olunacağı bildirilir. Yeni məlumatlar Günəş sisteminə daxil olan planetlərin formalaşması ilə bağlı geniş bilgilər əldə etməyə imkan verəcək./Oxu.az

 

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Mars küləyinin səsi yayıldı – VİDEO Reviewed by on . NASA-nın “Mars İnsight” avtomatik stansiyası Mars küləyinin səsini qeydə alıb. Veten-tv.Az-ın məlumatına görə, Yerə ötürülən həmin səsin orijinalı NASA-nın Reak NASA-nın “Mars İnsight” avtomatik stansiyası Mars küləyinin səsini qeydə alıb. Veten-tv.Az-ın məlumatına görə, Yerə ötürülən həmin səsin orijinalı NASA-nın Reak Rating: 0
Smiley face
scroll to top