Çərşənbə axşamı , 11 Dekabr 2018

Home » Kriminal » Polis şöbəsində ölən şəxslə bağlı polis əməkdaşı həbs edildi

Polis şöbəsində ölən şəxslə bağlı polis əməkdaşı həbs edildi

Dekabr 7, 2018 6:42 pm Bölmə: Kriminal, Manset A+ / A-

Clipboard01Nəsimi Rayon Məhkəməsində Qazaxdakı ölüm işinə görə həbs edilən polis əməkdaşı İlham Süleymanovun barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı verilən vəsatətə baxılıb.

Veten-tv.Az-ın xəbərinə görə, məhkəmə vəsatəti təmin edib.

İ.Süleymanov məhkəmə zalında azadlığa buraxılıb.

Lakin hökmdən narazı qalan istintaq orqanı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya protesti təmin edib. Belə ki, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv olunub və İ.Süleymanov yenidən həbs edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Elmir Axundovun Qazax rayon Polis şöbəsində vəfat etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla Kərim Əhmədovun Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dəlalət edən ilkin sübutlar toplandığından o, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

İstintaq zamanı rayon Polis şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi İlham Süleymanovun Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə şübhələr üçün kifayət qədər əsaslar olduğundan şübhəli şəxs qismində saxlanılıb. Daha sonra barəsində həbs-qətimkan tədbiri seçilib./Oxu.az

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Polis şöbəsində ölən şəxslə bağlı polis əməkdaşı həbs edildi Reviewed by on . Nəsimi Rayon Məhkəməsində Qazaxdakı ölüm işinə görə həbs edilən polis əməkdaşı İlham Süleymanovun barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz ed Nəsimi Rayon Məhkəməsində Qazaxdakı ölüm işinə görə həbs edilən polis əməkdaşı İlham Süleymanovun barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz ed Rating: 0
Smiley face
scroll to top