Bazar ertəsi , 10 Dekabr 2018

Home » İdman » Zabit Səmədovun nokauta saldığı idmançı azərbaycanlı iş adamının mühafizəçisidir – FOTO

Zabit Səmədovun nokauta saldığı idmançı azərbaycanlı iş adamının mühafizəçisidir – FOTO

Dekabr 5, 2018 1:07 pm Bölmə: İdman, Manset A+ / A-

1543992078_46245219_2187078158232364_1987560975199492645_nKikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olan Zabit Səmədov növbəti döyüşünü keçirib.

Veten-tv.Az Reytinq.az-a istinadən xəbər verir ki, “Mauqli” ləqəbi ilə tanınan azərbaycanlı Belarusda keçirilən görüşdə rusiyalı “Molekul Ada” ləqəbli Yevgeni Orlov üzərində qələbə qazanıb.

Beləliklə, məşhur döyüşçümüz Zabit Səmədov növbəti dəfə qələbəsi ilə Azərbaycan bayrağını dalğalandırıb.

Yevgeni Orlovun Azərbaycana xüsusi rəğbəti var. Bu isə təsadüfi deyil. Yevgeni Orlov İtaliyada yaşayan azərbaycanlı iş adamı Füzuli Məmmədovun cangüdənlərindən biridir.

Yevgeni Orlovun Zabit Səmədova məğlub olmasına gəldikdə, Füzuli Məmmədovun fikrincə, bu, bir idman yarışıdır və rinqə çıxan iki döyüşçüdən biri qalib olur. Onun sözlərinə görə, bu döyüşdə qələbə həmyerlimiz Zabit Səmədovun payına düşüb.

O, Orlovun ruhdan düşməyərək növbəti görüşlərə ciddi hazırlaşacağına və qalib gəlmək üçün rinqə çıxacağına inanır.

 

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Zabit Səmədovun nokauta saldığı idmançı azərbaycanlı iş adamının mühafizəçisidir – FOTO Reviewed by on . Kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olan Zabit Səmədov növbəti döyüşünü keçirib. Veten-tv.Az Reytinq.az-a istinadən xəbər verir ki, “Mauqli” ləqə Kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olan Zabit Səmədov növbəti döyüşünü keçirib. Veten-tv.Az Reytinq.az-a istinadən xəbər verir ki, “Mauqli” ləqə Rating: 0
Smiley face
scroll to top