Bazar ertəsi , 10 Dekabr 2018

Home » Kriminal » Bakıda çörək sexinin sahibinin qatili hakim qarşına çıxarıldı

Bakıda çörək sexinin sahibinin qatili hakim qarşına çıxarıldı

Dekabr 5, 2018 11:00 am Bölmə: Kriminal, Manset A+ / A-

416708316Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İsmayıl Cəfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Veten-tv.Az-ın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı dekabrın 18-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi Bakı şəhəri NZS qəsəbəsində baş verib. Çörək sexində çalışan İ.Cəfərov sexin sahibi Elmar Qasımovu mübahisə zəminində bıçaqlayıb. Nəticədə E.Qasımov ölüb.

Hadisədən sonra İ.Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb./ Oxu.az

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Bakıda çörək sexinin sahibinin qatili hakim qarşına çıxarıldı Reviewed by on . Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İsmayıl Cəfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Veten-tv.Az-ı Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İsmayıl Cəfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Veten-tv.Az-ı Rating: 0
Smiley face
scroll to top