Bazar ertəsi , 10 Dekabr 2018

Home » İdman » Azərbaycan paracüdoçusu dünya çempionu oldu

Azərbaycan paracüdoçusu dünya çempionu oldu

Noyabr 17, 2018 10:17 am Bölmə: İdman, Manset A+ / A-

paracudo1542400828Portuqaliyada Beynəlxalq Korlar İdmanı Federasiyasının (IBSA) təşkilatçılığı ilə paracüdoçular arasında dünya çempionatı keçirilir. Azərbaycan Milli Paralimpiya Komitəsindən Modern.az-a verilən məlumata görə, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Bayram Mustafayev əlcəzairli rəqibi S.Lamrini ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Milli komandamızın iki cüdoçusu Vüqar Şirinli və Orxan Qarayev 60 kiloqram çəki dərəcəsində üçüncü yer uğrunda tatamidə qarşılaşıblar. V.Şirinli qalib gələrək bürünc medala sahib olub.

Paralimpiyaçımız Ramil Qasımov 73 kiloqram çəki dərəcəsində Gürcüstan təmsilçisini məğlub edərək bürünc medal qazanıb.

Qadınların final mübarizəsində isə Şəhanə Hacıyeva (48 kiloqram) dünya çempionatının gümüş medalını əldə edib.

Yarışlarda milli komandamız 14 idmançı ilə təmsil olunur.

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Azərbaycan paracüdoçusu dünya çempionu oldu Reviewed by on . Portuqaliyada Beynəlxalq Korlar İdmanı Federasiyasının (IBSA) təşkilatçılığı ilə paracüdoçular arasında dünya çempionatı keçirilir. Azərbaycan Milli Paralimpiya Portuqaliyada Beynəlxalq Korlar İdmanı Federasiyasının (IBSA) təşkilatçılığı ilə paracüdoçular arasında dünya çempionatı keçirilir. Azərbaycan Milli Paralimpiya Rating: 0
Smiley face
scroll to top