Bazar ertəsi , 10 Dekabr 2018

Home » Kriminal » Azyaşlı qızlara təcavüz edən manyak məhkəmə qarşısında

Azyaşlı qızlara təcavüz edən manyak məhkəmə qarşısında

Noyabr 14, 2018 6:08 pm Bölmə: Kriminal, Manset A+ / A-

4 (1)Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Amil Paşayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı noyabrın 21-nə təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində ayrı-ayrı vaxtlarda iki qadına hücum edərək zərərçəkənlərin çantalarını soyğunçuluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən paytaxt sakini Amil Paşayev saxlanılıb.

Onun 2017-ci ilin dekabr ayından saxlanılan günə qədər Xətai rayonu ərazisində dörd azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi müəyyən edilib.

 

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Azyaşlı qızlara təcavüz edən manyak məhkəmə qarşısında Reviewed by on . Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Amil Paşayevin cinayət işi üzrə məhkəm Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Amil Paşayevin cinayət işi üzrə məhkəm Rating: 0
Smiley face
scroll to top