Bazar ertəsi , 10 Dekabr 2018

Home » Cəmiyyət » Xırdalanda qanlı şpris başlıqlarının tapılmasına – RƏSMİ MÜNASİBƏT

Xırdalanda qanlı şpris başlıqlarının tapılmasına – RƏSMİ MÜNASİBƏT

Noyabr 13, 2018 2:41 pm Bölmə: Cəmiyyət, Manset A+ / A-

iyneDaxili İşlər Nazirliyi bəzi KİV-də Xırdalan şəhərindəki parkda qanlı şpris başlıqlarının aşkarlanması barədə yayılan məlumatlara münasibət bildirib.

Veten-tv.Az Report-a istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, parklardan birindəki oturacaqlara sancılmış qanlı şpris başlıqlarının aşkarlanmasını əks etdirən fotolar yayılandan dərhal sonra müvafiq araşdırma aparılıb və nəticədə məlum olub ki, qeyd olunan fotonu Bakı şəhər sakini olan bir nəfər xarici dövlətlərdən birində yaşayan başqa bir şəxsin səhifəsindən götürərək öz “Instagram” səhifəsində paylaşıb:

“Sonradan ucuz reytinq arxasınca qaçan bəzi aztanınan saytlarımız həmin fotoları götürərək öz səhifələrində yerləşdiriblər və iddia ediblər ki, guya bu şəkillər Abşeronda – daha dəqiq, Xırdalanda yerləşən parklardan birində çəkilib. Həmin fotoların hansı ölkədə çəkildiyi də müəyyən edilib.

Belə ki, araşdırmalar zamanı o da məlum olub ki, fotolar hörmət əlaməti olaraq adını çəkmək istəmədiyim başqa bir dövlətin ərazisində çəkilib və bir müddət əvvəl də elə həmin ölkənin mətbuatında dərc edilərək geniş müzakirə olunub.

Sensasiya arxasınca qaçan bəzi saytlarımız isə bilərəkdən heç bir dəqiqləşdirmə aparmadan bu fotoların guya Abşeronda çəkildiyini bildirərək əhali arasında çaşqınlıq və vahimə yaratmağa cəhd göstəriblər ki, bu da ən azından, təəssüf doğurmaya bilməz”.

 

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Xırdalanda qanlı şpris başlıqlarının tapılmasına – RƏSMİ MÜNASİBƏT Reviewed by on . Daxili İşlər Nazirliyi bəzi KİV-də Xırdalan şəhərindəki parkda qanlı şpris başlıqlarının aşkarlanması barədə yayılan məlumatlara münasibət bildirib. Veten-tv.Az Daxili İşlər Nazirliyi bəzi KİV-də Xırdalan şəhərindəki parkda qanlı şpris başlıqlarının aşkarlanması barədə yayılan məlumatlara münasibət bildirib. Veten-tv.Az Rating: 0
Smiley face
scroll to top