Çərşənbə axşamı , 11 Dekabr 2018

Home » Hadisə » Bakıda məktəbdə yanğın, şagirdlər təxliyyə edildi

Bakıda məktəbdə yanğın, şagirdlər təxliyyə edildi

Noyabr 13, 2018 1:52 pm Bölmə: Hadisə, Manset A+ / A-

Clipboard02Bakı şəhərinin Binəqədi rayonunda üçmərtəbəli binanın 3-cü mərtəbəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Oxu.Az-a bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub.

Hadisə zamanı 10 nəfər bina sakini xilas olunub, 100 nəfər şagird və 50 nəfər bina sakini təxliyyə edilib.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Qeyd edilir ki, binanın ümumi sahəsi 3600 m² təşkil edir. Tikilinin 2 və 3-cü mərtəbələrdə məcburi köçkünlər məskunlaşıb, 1-ci mərtəbədə 45 saylı orta məktəb fəaliyyət göstərir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Bakıda məktəbdə yanğın, şagirdlər təxliyyə edildi Reviewed by on . Bakı şəhərinin Binəqədi rayonunda üçmərtəbəli binanın 3-cü mərtəbəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Oxu.Az-a bildirilib ki, nazirliyin Dövlə Bakı şəhərinin Binəqədi rayonunda üçmərtəbəli binanın 3-cü mərtəbəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Oxu.Az-a bildirilib ki, nazirliyin Dövlə Rating: 0
Smiley face
scroll to top