Çərşənbə axşamı , 11 Dekabr 2018

Home » Cəmiyyət » İrana tətbiq edilən “ən sərt” sanksiyalar Bakıya necə təsir edəcək? – RƏY

İrana tətbiq edilən “ən sərt” sanksiyalar Bakıya necə təsir edəcək? – RƏY

Noyabr 13, 2018 1:48 pm Bölmə: Cəmiyyət, Manset A+ / A-

statuya_svobody_ssha_iranABŞ-ın İrana qarşı yeni sanksiyaları qüvvəyə minib. ABŞ prezidenti Donald Tramp yeni sanksiyaları, bundan əvvəlki, valyuta, avtomobil sektoru və metallurgiya sahələrini əhatə edən “tarixin ən sərt sanksiyaları” adlandırıb.

Bu sanksiyalar qonşu ölkələrə, xüsusən İranla bir sıra iqtisadi layihələri olan Azərbaycana necə təsir göstərəcək?

“Xəzər-Avrasiya” Beynəlxalq və İctimai Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Andrey Sızranov hesab edir ki, bir tərəfdən sanksiyalar Xəzər regionunda yerləşən ölkələrin iqtisadi əlaqələrinə mənfi təsir göstərəcək.

Bu, xüsusən Rusiya, Azərbaycan və İrana, məsələn, Şimal-Cənub layihəsinə təsirsiz keçməyəcək. Digər tərəfdən, region ölkələri hətta sanksiyalara zidd olsa belə, əməkdaşlığı davam etdirəcəklər.

“Azərbaycan öz enerji layihələrini işləyib hazırlayır. Bu layihələr ABŞ-ın İrana qarşı sanksiyaları fonunda Bakı üçün mənfi nəticələri minimuma endirmək vədindən sonra yeni impuls ala bilər. Bütün bunları nəzərə alaraq, Azərbaycan ABŞ-la Xəzəryanı qonşuları, xüsusən İran arasında qalacaq, sanksiyalar şəraitində əməkdaşlıq üçün yollar axtarmağa məcbur olacaq”, – deyə rusiyalı ekspert Oxu.Az-ın müxbiri ilə söhbəti zamanı bildirib.

– Sanksiyalar neftin qiymətinə necə təsir edəcək?

– Yəqin ki, İran və ABŞ arasında münasibətlərin gərginləşməsi neftin qiymətlərinin yüksəlməsinə təsir edəcək. Bu, neftə olan təklifin azalması və tələbin yüksəlməsi fonunda adi haldır. Analitiklər hesab edirlər ki, gözlənilməz hadisələr baş verərsə, neft ehtiyatları azlıq təşkil edəcək. ABŞ-ın İran neftinə embarqo qoyması qara qızılın bir barelinin qiymətini 100 dollara qədər yüksəldə bilər.

Qiymətlərin hansı həddə olacağını tam dəqiqliklə demək çətindir, çünki neftin bahalaşması digər amillərlə kompensasiya olunacaq, məsələn, neftə olan tələbatın azalması. Səudiyyə Ərəbistanı və digər dövlətlər neft çatışmazlığının aradan qaldırılmasına çalışacaqlar.

 

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


İrana tətbiq edilən “ən sərt” sanksiyalar Bakıya necə təsir edəcək? – RƏY Reviewed by on . ABŞ-ın İrana qarşı yeni sanksiyaları qüvvəyə minib. ABŞ prezidenti Donald Tramp yeni sanksiyaları, bundan əvvəlki, valyuta, avtomobil sektoru və metallurgiya sa ABŞ-ın İrana qarşı yeni sanksiyaları qüvvəyə minib. ABŞ prezidenti Donald Tramp yeni sanksiyaları, bundan əvvəlki, valyuta, avtomobil sektoru və metallurgiya sa Rating: 0
Smiley face
scroll to top