Bazar ertəsi , 10 Dekabr 2018

Home » Manset » Deputatdan Jirinovskinin təklifinə – SƏRT REAKSİYA

Deputatdan Jirinovskinin təklifinə – SƏRT REAKSİYA

Noyabr 12, 2018 6:07 pm Bölmə: Manset, Siyasət A+ / A-

jiri-seyVladimir Jirinovskinin ampluası hamıya yaxşı məlumdur və yenə də öz “ənənəsinə” sadiqdir. Onun Qarabağla bağlı səsləndirdiyi köhnə-təzə “təklif” də qeyri-real və tarixi həqiqətlərlə heç bir bağlılığı olmayan bir təklifdir.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, politoloq, YAP-ın şöbə müdiriAydın Mirzəzadə Rusiya Dövlət Dumasının deputatı, LDPR fraksiyasının rəhbəri Vladimir Jirinovskinin həll olunmamış regional münaqişələr, o cümlədən, Qarabağın Rusiyaya birləşdirilməsi ilə bağlı fikirlərinə münasibətini ifadə edərkən bildirib.

Millət vəkili bildirib ki, Jirinovski gündəmdə qalmağa çalışır.

“Çünki son zamanlar onun reytinqi ilə bağlı problemi var və bu məsələni dilə gətirməklə, yenidən gündəmdə olmağa, “reytinq”ini artırmağa cəhd göstərir. Əslində, Jirinovski və onun kimilər hələ də anlamırlar ki, dünyanın yeni düzəni, dünyanın xəritəsi var. Bu da ölkələrin, dövlətlərin ərazi bütövlüyünün qorunub-saxlanılmasıdır. Bunun pozulması isə dünyanın yenidən qarışması demək olardı. Odur ki, buna yol vermək olmaz.

Jirinovskinin bu “təklifi” yeni deyil, əvvəllər bu cür qeyri-real və utopik fikirlər səsləndirib. Ola bilər ki, yenə kiminsə sifarişini yerinə yetirir. Amma bütün hallarda yolverilməz və qəbuledilməzdir”, – deyə A.Mirzəzadə əlavə edib.

Paylaş:


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi


Deputatdan Jirinovskinin təklifinə – SƏRT REAKSİYA Reviewed by on . Vladimir Jirinovskinin ampluası hamıya yaxşı məlumdur və yenə də öz “ənənəsinə” sadiqdir. Onun Qarabağla bağlı səsləndirdiyi köhnə-təzə “təklif” də qeyri-real v Vladimir Jirinovskinin ampluası hamıya yaxşı məlumdur və yenə də öz “ənənəsinə” sadiqdir. Onun Qarabağla bağlı səsləndirdiyi köhnə-təzə “təklif” də qeyri-real v Rating: 0
Smiley face
scroll to top